Mini (kiçik) hotellər



Yüklə 69 Kb.
səhifə1/4
tarix16.06.2023
ölçüsü69 Kb.
#131631
  1   2   3   4
Mini hotels(1)


Mini (kiçik) hotellər

Kiçik nömrə fonduna, ev şəraitini xatırladan rahatlığa, müştərilərə yemək əlavə xidmət təqdim edən və gün (sutka) ərzində 24 saat fəaliyyət göstərən obyekt mini mehmanxana adlanır. Bu tip hotellər Avropada məşhurdur.


Hansı hotellərə məhz mini (kiçik) hotel demək olar? Dünyada mini mehmanxana adlanan, hotellərin dəqiq nömrə fondu müəyyənləşməyib. ABŞ-da 150, Avropada 50, Rusiyada 10-dan 100-ə qədər nömrə fonduna malik hotellər mini hotel sayılır.
Azərbaycanda “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” qaydalarına görə 10 nömrədən az olan obyektlər mini mehmanxana sayılır.
Mənim fikrimcə, Azərbaycanda hotel tipləri və nömrə fondunun təhlili göstərir ki, 30-a qədər nömrəyə malik hotellər mini (kiçik) hotel adlanarsa, məqsədəuyğun olardı.
Mini hotel, ayrıca binada və yaxud hər hansı bir tikilinin bir mərtəbəsində fəaliyyət göstərə bilər.
Hər bir qonağa fərdi yanaşma və xidmət mini hotellərin fərqləndirici xüsusiyyəti və rəqabətdə üstünlüyüdür. Bir çox insanlar hoteldə ev şəraitinin rahatlığını hiss etmək istəyir. Mini hoteldə bunun üçün şərait var. Mini hoteldə, daimi qonağı adı ilə tanıyır və müraciət edirlər. Belə ünsiyyət forması, qonaqda xoş təəssürat yaradır.
Mini hotellərin əksəriyyəti şəhərin mərkəzində yerləşir. Bir çox turistlər və iş adamları, şəhərin mərkəzində, memarlıq abidələrinə, inzbati və işgüzar yerlərə yaxın olan mini hotellərdə qalmağı arzulayırlar. Bu cəhətdən Bakıda, İçərişəhərdə yerləşən mini hotellər qonaqlar üçün münasibdir. Lakin, İçərişəhərdə fəaliyyət göstərən hotellərin, nəqliyyat dayanacağı (parking) problemi var. İçərişəhərdə yerləşən mini hotellərin dizaynı və estetik tərtibatı müxtəlifdir və hər bir qonağın zövqünə uyğundur. Bu hotellərin tarixi-memarlıq abidələrin əhatəsində yerləşməsi və dəniz kənarı parka yaxın olması, qonaqların tələbatına cavab verir.
Mini hotellərdə nömrələrin bronlaşdırılması rahat və sadədir. Qonaq istədiyi hotelə zəng və ya internet vasitəsilə sifariş edir. Mini hotellər az sayda personal ilə idarə olunur və imkan daxilində qonaqlara tez xidmət göstərilir.
Kiçik hotellər, orta və iri hotellərlə eyni qiymət siyasəti aparır. Qiymətlər yalnız mini hotelin dərəcəsindən asılı olaraq dəyişir. Yaddan çıxartmaq lazım deyil ki, qiymət, qonağa göstərilən xidmətin keyfiyyətinə uyğun olmalıdır.
Mini hotelin reklamı müxtəlif üsullarda həyata keçirilir və o cümlədən, internet, çap məhsulları və s. Hotel haqqında ən yaxşı reklam, qonağın təəssüratıdır. Bu təəssüratı o hər yerə çatdırır. Yeni açılan mini hotelin təqdimatına turizm şirkətləri və yaxınlıqda fəaliyyət göstərən idarə və digər təşkilatların nümayəndələrini dəvət etmək lazımdır. Bundan başqa, nüfuzlu, oxunan, mətbuat orqanlarında hotel və xidmətləri barədə məlumat verilir.
Hotel biznesinin müvəffəqiyyəti personaldan çox asılıdır. Personalın düzgün seçimi, təlimi vacibdir. 3 ulduzlu hoteldə, nömrə fondunun sayına uyğun, 4-5 ulduz hoteldə nömrə fondunun sayından artıq personal olmalıdır. Mini , orta və iri mehmanxanalardan fərqli olaraq mövsüm faktorundan asılılığı azdır və bu, onun üstün cəhətidir. Mini mehmanxanada VİP (çox nüfuzlu qonaq) qonaqları qəbul etmək üçün, sahibkar hotelin material- texniki təhcizatını yaxşılaşdırmalıdır. Hotel, beynəlxalq texniki standartlara cavab verən, kondisioner, surətli və naqilsiz internet, yanğından mühafizə qurğuları, elektron kilidləri, seyf və s. ləvazimat və avadanlıqlarla təmin olunmalıdır.
Mini hotelin gəliri, yalnız marketinq və qiymət siyasətindən asılı deyil, həmçinin məsrəflərin düzgün aparılmasıdır. Bu iş rəhbərliyin nəzarətində olmalıdır. Məsələn: Personalın ştat cədvəlini tərtib edən zaman işçilərin bir-birini əvəz etmək üsulunu tətbiq etmək müvafiqdir. Personalı işə qəbul edərkən, bu onların nəzərinə çatdırılmalıdır. Belə yanaşma kiçik biznesə uyğundur və əlavə xərclərə yol verilmir. Gündəlik fəaliyyətdə, pul vəsaitinin xərclənməsini optimallaşdırmaq və lazımsız cari xərcləri azaltmaq lazımdır.
Əlavə xərcləri azaltmaq və mini hotelin səmərəli fəaliyyəti üçün, onların vahid brend (marka, nişan) altında və ya assosiasiyada birləşməsi münasib və effektli olardi. Hal-hazırda Azərbaycan Turizm Assosiasiyası öz ətrafında nüfuzlu hotelləri və turizm şirkətlərini birləşdirir. AZTA-na daha çox mini hotellərin daxil olması, onların fəaliyyətinə güclü təkan vermiş olardı. Bu ilk növbədə mini mehmanxanalar üçün iqtisadi cəhətdən sərfəlidir. Ümumi brendə (marka, nişan) malik mehmanxanalar reklam, bronlaşdırma, xidmət sahələrinə, avadanlıq və ləvazimatların topdansatış güzəştli qiymətlə alınmasında sərf olunan xərcləri azaldar, personalın təlim tədrisini (treninqlər) vahid standartlara uyğun aparılmasını təmin etmiş olardı.
Bundan başqa Assosiasiyada və ya brend altında birləşmiş mini mehmanxanaların turist qruplarını qəbul etmək və xidmət göstərmək imkanları artır. Belə bir sistemdə vahid keyfiyyət standartlarının yaranmasına kömək edir və qonaqlarda müsbət təəsürat yaradır.
Mini hotellərdə iş prosesinin avtomatlaşdırılması önəmlidir. Müasir avtomatlaşdırma sistemi, hotelin nömrə fondunun dolmasını, hər müddət üçün ümumi gəlirin hesablanmasını və digər əməliyyatları həyata keçirir. Mini hotelin inşası zamanı, avtomatlaşdırma sisteminin quraşdırılması daha məqsədəuyğundur, çünki baza məhsulu qoyulur və onun əsasında digər işlər görülür. Bu daha ucuz başa gəlir. Avtomatlaşdırılmış hotel proqramının olması, personal və qonaqlar üçün rahatlıq yaradır. Qonaqların qəbulu, qeydiyyatı və nömrəyə yerləşdirilməsi qısa vaxt ərzində yerinə yetirilir.
Qısaca qeyd etsək, deyə bilərik ki, müasir texnologiyalardan istifadə və nömrələrin təhcizatını təmin etməklə, əlavə xidmətlərin keyfiyyətini və kəmiyyətini artırmaqla, yüksək səviyyədə servis xidməti göstərən mini hotellərin gələcəyi var.
Avropada mini hotellər çoxdan fəaliyyət göstərir və hotel sənayesinin tərkib hissəsidir. Azərbaycan da bu sahə yenidir və ümidvarıq ki, mini hotellər, hotel biznesində öz yerini tutacaqdır. Bakı şəhərində mini hotellər əsasən keçən əsrin axırları və 21-ci əsrin əvvəllərində meydana çıxıb və fəaliyyətə başlayıb. Bakı şəhərinin qədimliyi, tarixi abidələrin zənginliyi, Xəzər dənizinin füsunkar gözəlliyi mini hotellərin fəaliyyəti üçün geniş imkanlar yaradır. Bakı şəhərində mini hotellərin əksəriyyəti qədim tarixi binalarda yerləşir və şəhərin mərkəzindədir. Bir çox mini hotellər İÇƏRİ ŞƏHƏRİN daxilindədir. Mini hotellərdə nömrələrin bronlaşdırılması( sifarişi) çox sadə üsulla həyata keçirilir. Telefon və ya internet səhifəsinə daxil olmaqla istədiyiniz otağı sifariş edə bilərsiniz. Mini hotelin həcmindən asılı olaraq 10-40 qonağı qəbul etmək olar. Mini hotellərdə qonaqların təlabatına, imkanına uyğun olaraq nömrələrin qiymətləri müxtəlifdir və qonaqlara göstərilən xidmətlər öz rəngarəngliyi ilə fərqlə


Yüklə 69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin