Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə110/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   106   107   108   109   110   111   112   113   ...   187
fəlsəfə mühazirələr.doc 2

b) U.Cemsin idrak nəzəriyyəsi. Ç.Pirsin praqmatist ideyaları digər görkəmli Amerika mütəfəkkiri Uilyam Cems (1842-1910) tərəfindən inkişaf etdirilmişdir. İxtisasca həkim olan Uilyam Cems Harvard Universitetində anatomiya və fiziologiyanı tədris etmiş, Amerikada ilk dəfə olaraq psixologiya üzrə mühazirələr oxumuşdur.

U.Cems də Pirs kimi elm və dini barışdırmağa cəhd göstərmişdir. O materializmi və ondan çıxarılan ateizmi “qəmgin, qorxulu yuxuya bənzər dünyagörüşü” adlandırmışdır. Cems Allaha inamı “əxlaqi tətil” ilə müqayisə edir. Belə ki, daim yanımızda insanın planlarının gerçəkləşməsinə kömək edən, hər kəsi xidmətinə görə mükafatlandıran ali mövcudluğun olmasına inam həyatı yüngülləşdirir. Allaha inam faydalıdır: siz belə inamdan heç nə itirmirsiniz, lakin çox şey əldə edirsiniz. Bu inam sizə həyatınızda kömək edir. Cems inamı praqmatik başa düşür, Allahın mövcudluğu sübutolunmazdır, lakin faydalı fərziyyədir.

Cems baxışlarında “radikal empirizm” tərəfdarı olmuşdur: onun fikirlərinə görə dünya haqqında bizim informasiyalarımızın yeganə mənbəyi duyğular və təcrübə olduğu üçün, subyekt və obyektin, xarici dünya və daxili qavrayışın heç bir qarşıdurması da yoxdur. Təcrübə və gerçəklik eyni bir şeydir. Biz dünyanın şüurumuzdakı inikası ilə iş görürük. Lakin bizim təcrübəmiz “hissələrə bölünməmiş Kainat”, “çiçəklənən və vızıldayan nəhəng nizamsızlıqdır”. Bizim seçici aktivliyimiz ondan duyğuların “çöküntülərini”, qruplarını –şeyləri ayırır. “Fikirlər də şeylərin düzəldiyi eyni materialdan düzəldilib” –deyə Cems yazırdı və ona görə də hər şeyi insan şüurunun məzmununa gətirirdi.

Biz çoxsaylı təəssüratlardan yalnız maraqlarımıza uyğun gələni seçirik. Bu mənada insanı yayınmamaq, yalnız düz yola baxsın deyə gözlərinə xüsusi gözlük taxılmış ata bənzətmək olar. Belə ki, bizim maraqlarımız da yalnız bir obyektə diqqət yetirməyə və digərlərinə heç bir əhəmiyyət verməməyə məcbur edir. Ona görə də “nəhəng... vızıldayan xaosdan” biz özümüzün unikal dünyamızı qururuq (bizim maraqlarımız oxşar olsa da, heç zaman tamlıqla üst-üstə düşmür). Mənim və sənin dünyalarımız fərqlidir, lakin təəssüratların ilkin xaosunda “kəsilib düzəldilmişdir”. Cemsə görə: “Dünya bizim ondan nə düzəltdiyimizdir”.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin