Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 0,99 Mb.
səhifə113/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   109   110   111   112   113   114   115   116   ...   187
fəlsəfə mühazirələr.doc 2

a) Yaspers: Sərhəd situasiyası. Alman ekzistensializminin banilərindən biri, görkəmli filosof və psixiatr Karl Yaspers (1883-1969) olmuşdur. Heydelberq Universitetində dərs demiş, nasistlərin hakimiyyətə gəlişi ilə təhsil sistemindən kənarlaşdırılmış, 1938-ci ildən əsərlərinin çapına yasaq qoyulmuşdur. Onun nasional-sosializmin qəti əleyhdarı və xanımının yəhudi olması nasist hakimiyyətini qane edə bilməzdi.

Yaspers belə hesab edirdi ki, insan mövcudluğunun universal şərti kommunikasiya (ünsiyyət), digər şəxsiyyətlərlə (insan və ya Allah) qarşılıqlı təsirlərdir: “İnsanı insan edəcək hər şey və insan üçün hər şey kommunikasiyada əldə olunur”. Lakin, bu kommunikasiya xarakterinə görə müxtəlif olur: avtobusa minərkən siz sürücü və ya digər sərnişinlə kommunikasiya quruqsunuz. Amma bu kommunikasiyada siz heç də unikal, bənzərsiz şəxsiyyət kimi daxil olmursunuz. Siz burada şəhər nəqliyyatının adi sərnişini rolunu oynayırsız. Siz həyatınızda çoxsaylı belə rollar oynayır, fərqli maskalar taxırsınız –tələbə və ya şəhər poliklinikasının pasiyenti, teatr tamaşaçısı və ya restoran müştərisi. Burada sizi, sizin yerinizi tutaraq və sizin sosial maskanızı taxaraq istənilən digər insan əvəz edə bilər. Belə kütləvi kommunikasiya insanlar arasındakı fərqi “yuyur”, onları bir-birinə bənzər edir. Lakin digər kommunikasiya növü də var ki, orada siz əvəzedilməzsiz, sizin kommunikasiya tərəfdaşınız üçün siz özünüz, sizin təkrarolunmaz fərdiyyətiniz, şəxsiyyətiniz maraqlıdır. Belə kommunikasiyanı Yaspers “ekzistensial” kommunikasiya adlandırır. Ekzistensial kommunikasiyada insan cəmiyyətin onun üçün hazırladığı rolu (ata və ya ər, alim və ya hərbçi) yox, öz-özünü oynayır, burada rol yox, “aktyorun” özü aşkarlanır.

Hər bir insanın həyatında onun öz-özünü tam çılpaqlığı ilə aşkarladığı keçid məqamı, ekzistensional seçim situasiyası olur. Yaspers onu “sərhəd situasiyası” adlandırır –bu sərhəddən yan ötmək, onun üzərindən tullanmaq olmaz. Bu xəstəlik, iztirab, mübarizə, günah həyəcanı situasiyasıdır. Lakin sərhəd situasiyasına ən aşkar nümunə ölümdür. Bu sərhəd situasiyalarında insanın doğmaları yanında olsa belə o yenə tənhadır. Yalnız bu situasiyada insanın mahiyyəti –ekzistensiyası aşkarlanır. Belə çıxır ki, insan iztirab çəkərkən tam şəkildə öz təkrarolunmazlığını dərk edir. Məhz burada o özünü əsl insan kimi göstərməyə, “olmaq cəsarəti” nümayiş etdirməyə qadirdir. İnsan varlığının faciəviliyi də bundadır: yalnız dərin həyəcan vasitəsilə biz öz mövcudluğumuzun mənasını qavrayırıq. Başqa vaxtda bu məna bizdən “əşyavi varlıq”, gündəlik maddiyyət və hadisələr arxasında gizlənir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin