Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr



Yüklə 0,99 Mb.
səhifə160/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   156   157   158   159   160   161   162   163   ...   187
fəlsəfə mühazirələr.doc 2

2.Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr.

3.İnsanın mənşəyi.

4.İnsanın təbiəti və mahiyyəti.

5.Fərd, fərdiyyət, şəxsiyyət.

6.İnsan həyatının mənası.

I. İnsan

1.İnsan fəlsəfi problem kimi. Qədim yunan filosofu, kiniklər məktəbinin görkəmli nümayəndəsi Sinoplu Diogeni günün günorta çağı əlində fənər görən insanlar ondan nə axtardığını soruşanda “insan axtarıram” cavabını vermişdi. İlk baxışda bir az ironik, bir az da qeyri-ciddi səslənən bu cavab olduqca böyük mənaya malikdir. Yəni məsələ heç də göründüyü qədər sadə deyil. Əslində sinoplu müdrik hər gün yüzünü, minini gördüyümüz, gündəlik qayğılar içində vurnuxan və hətta bəzən insan olduğunu unutmuş insanlar içərisində adı böyük hərflə yazılacaq “İNSAN” axtarır. Yəni hər gün dəfələrlə işlətdiyimiz “insan” sözü, mənası və mahiyyəti asanlıqla qavranılmayan, dərk olunmayan və ciddi təhlilə ehtiyac duyulan xüsusi varlıq tipini işarələyir.

Problemlə bilavasitə bağlı olan bəzi suallara nəzər yetirək: İnsanı sözün əsl mənasında “insan” edən nədir? Onun digər canlılardan nə fərqləndirir? İnsan həyatının və ölümün mənası varmı? Fərd, şəxs, şəxsiyyət terminləri bir-birindən nə ilə fərqlənir, onların məzmunca fərqi nədir? İnsanın mənşəyi haqqında biz nə bilirik? Nəhayət rus yazıçısı M.Qorkinin məşhur ifadəsini xatırlayaq: “İnsan – qürurlu səslənir!” Nə üçün?

İlk baxışda belə görsənə bilər ki, bu suallarla artıq ayrı-ayrı elmlər məşğul olur və burada fəlsəfəyə heç bir ehtiyac yoxdur. Düzdür, fəlsəfə ilə müqayisədə çox-çox sonralar yaranmış və ya fəlsəfədən ayrılmış psixologiya, antropologiya, sosiologiya, fiziologiya, tibb və s. kimi elmlər də bu suallara cavab axtarışı ilə məşğuldur. Lakin, baxaq görək bu elmlər insanla bağlı yuxarıda səslənmiş hansı suala qəti və son cavabı verib? Əlbəttə ki, heç birinə. Bax elə bu amilin özü insanın fəlsəfi tədqiqini zərurətə çevirir.

Bir zamanlar böyük alman filosofu İ.Kant fəlsəfənin cavab verməli olduğu üç sualı səsləndirmişdir: “Mən nəyi bilməyi bacararam?”, “Mən nə etməliyəm?”, “Mən nəyə ümid bəsləyə bilərəm?” Sonradan o belə nəticəyə gəlir ki, bu üç sualı bir sualla əvəzləmək olar: “İnsan nədir?” Bu faktın özü insan probleminin nə qədər çoxaspektli, fundamental olmasının sübutudur.

Əslində yaradılmışın əşrəfi olan insan sirli-sehrli bir dünyadır. Konkret problemlərlə məşğul olan elmlərdən fərqli olaraq fəlsəfə həm də sirlərə cavab verməyə cəhd edir. Deməli, bu sirli-sehrli aləmə, qədim yunanların təbirincə desək mikrokosmosa fəlsəfənin işıq salması hələ də aktuallığını saxlamaqdadır. Təsadüfi deyil ki, elm və texnikanın sürətlə inkişaf edərək yüksək nəticələr əldə etdiyi XX əsrdə insanı öyrənən xüsusi fəlsəfi cərəyan – fəlsəfi antropologiya yaranmışdır.

İnsan haqqında fəlsəfi düşüncələr ən müxtəlif çalar və formalarda əksini tapıb. Bu təkcə ayrı-ayrı filosofların insan haqqında fəlsəfi təlimlərinə deyil, həm də fəlsəfə tarixinin müxtəlif mərhələlərinə aiddir. İndi isə fəlsəfə tarixinin keyfiyyətcə fərqli mərhələlərində insana baxışlara qısa nəzər yetirək.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin