37
Vintin
bud sümüyü başına qoyulma prosedurası M.U. Xəstəxanası
əməliyyatxanasında həyata keçirildi. Fərqli uzunluqda olan bud sümüyü başları oynaq
səthindən 30 mm proksimalda köndələn şəkildə osteotomiya edildi. Bundan sonra
standart metodla skopiya nəzarətində əvvəlcə bud sümüyü başı osteotomiya səthinin
ortasından mərkəzi olaraq subxondral nahiyəyə qədər K-teli göndərildi(Şəkil 19. a).
Ardından bud sümüyü başı K-teli boyu 7 mm qalınlıqda oyucularla oyuldu(Şəkil 19. b).
Oyucunun oynaq səthini dəlməməsi üçün xüsusi diqqət yetirildi. Oyucu ilə kanal
açıldıqdan sonra yivaçıcı ilə vint yeri hazırlandı(Şəkil 19. c). Sonra kontrol qrupuna
daxil olan bud sümüyü başlarına skopiya nəzarəti altında 5 mm subxondral nahiyəyə
qədər standart 7 mm AO vint və təcrübə qrupuna isə dizayn etdiymiz 7 mm kanallı
vintlər göndərildi(Şəkil 19. d). Bu proseduralar vaxtı K-teli çıxarılmadı. Bununla
kontrol qrupuna daxil olan bud sümüyü başlarının hazırlanması qurtardı. Təcrübə
qrupundakılar isə aşağıda göstərildiyi kimi sement ilə gücləndirildi.
Dostları ilə paylaş: