Digital Alarm Thermometer, ST 9269) ölçüldü və ilkin göstəricilər qeyd olundu(Şəkil
20).(22,50). PMMA (Cemfix 3) inyeksiyası üçün lazım olan materiallar hazırlandı(Şəkil
21). Ardından təcrübə qrupu üçün PMMA məhlulu tozu ilə qarışdırıldı və inyeksiya
ediləcək şprisə dolduruldu. Şprisin ucu kanallı vintin başına taxıldı və təzyiq altında bud
sümüyü başına kanal içindən PMMA inyeksiya edildi(Şəkil 22. a). Sonra şpris çıxarıldı
38
və kanal içindəki PMMA kanaldan keçən ən böyük K-teli ilə(sement basdırıcı) bud
sümüyü başına tərəf basdırıldı(Şəkil 22. b). Bu prosedura bir neçə dəfə təkrarlanaraq
bud sümüyü başı üçün ümumilikdə 1 ml PMMA istifadə edildi. PMMA qurumağa
başlarkən K-teli geri çəkildi. Termosensorla PMMA quruyub istilik əmələ gətirərkən
bud sümüyü səthinin hərarəti yenə ölçüldü. Hərarətin ölçülməsi sement inyeksiyasından
20 dəqiqə müddət keçənə qədər davam etdirildi və ən yüksək rəqəm müəyyən edilərək
qeyd olundu.(22,50).
Dostları ilə paylaş: