Fənn : Osmanlı tarixi Müəllim: Mehman Ağayev


ERMƏNİLƏRİN ANADOLUNU PARÇALAMAQ VƏ «BÖYÜK ERMƏNİSTAN» PLANI ÜZRƏ FƏALİYYƏTLƏRİ



Yüklə 74,27 Kb.
səhifə3/5
tarix26.04.2023
ölçüsü74,27 Kb.
#103047
1   2   3   4   5
H. Dilşad

ERMƏNİLƏRİN ANADOLUNU PARÇALAMAQ VƏ «BÖYÜK ERMƏNİSTAN» PLANI ÜZRƏ FƏALİYYƏTLƏRİ.
1870-ci ilə qədər nə Rusiyanın, nə də başqa Qərb dövlətlərinin siyasətində ermənilərin əhəmiyyətli bir yeri və rolu olmamışdır. Rus-erməni işbirliyi əsasən Türkmənçay müqaviləsi ilə nəticələnən İran-Rusiya müharibəsindən sonra başlamış və inkişaf etmişdir. Rusiyanın yeritdiyi siyasət İngiltərənin bölgədəki təsirinə hesablanmışdı. Bu siyasətin yeridilməsilə ermənilər gizli sürətdə dəstəklənmiş, ancaq qəti şəkildə bir güc, tamam və ya yarı müstəqil bir varlıq kimi ortaya çıxmalarına, görünmələrinə imkan verilməmişdir. Bunun qarşılığı olaraq Fransa özünü erməniləri dəstəkləyən və yardım edən dövlət kimi göstərərək nəticədən asılı olaraq hansı şəkildəsə fayda qazanmaq siyasəti yeritmişdir. 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsində Şərqi Anadoluda yaşayan ermənilərdən istifadə etmək yolunu tutan Rusiyadan ermənilər müharibə bitdikdən sonra xidmətlərinin qarşılığı olaraq aşağıdakıları tələb etmişdilər:
1. Fərata qədər olan bölgənin müharibədən sonra Türkiyəyə verilməməsi və bu ərazilərin Ararat eli ilə birləşdirilərək Rusiyanın tabeliyində olan bir Ermənistan qurulması.
2. Ərazi ilhaq olunmayacağı təqdirdə, bolqar milləti üçün nəzərdə tutulan imtiyazların erməni toplumuna da aid edilməsi.
3. İşğal edilən torpaqlar boşaldılacağı halda, Osmanlı dövlətindən islahat üçün maddi təminat alınması və islahatın başa çatmasına qədər rus ordusunun işğal etdiyi türk torpaqlarını boşaldılması.
Ermənilərin bu tələbləri öncə Yaşılköy, sonradan isə Berlin müqavilələrində hallandırılacaq və beləliklə, erməni məsələsi Avropa arenasına çıxarılacaqdı. 1876-1877-ci illərdə Osmanlı-rus müharibəsindən əvvəl və sonra çar hökuməti ermənilərə vəd edirdi ki, «Qərbi Ermənistan»ı (Şərqi Anadolunu) Türkiyədən qoparıb «Şərqi Ermənistan»la (Qərbi Azərbaycanla) birləşdirib «Böyük Ermənistan» yaradacaq. Bu da Türkiyədə daxili bandanın fəallaşmasına səbəb oldu. Nəticədə bu müharibədə Türkiyə məğlub oldu. Lakin ermənilər məqsədlərinə - Şərqi Anadoluda muxtariyyət almaq məqsədinə çatmadılar. Bunun da siyasi səbəbi vardır. Bu barədə V.Qurko-Kryajin qeyd edir: «Rusiyaya gəlincə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və «Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazilər yaradılması» ideyasının əleyhinə açıq-aydın çıxış edirdi. Bundan başqa, Bolqarıstan barəsində niyyəti baş tutmamışdı. Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də, onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o «digər Bolqarıstan» yaradılmasına yol verməyəcək».Məlumdur ki, 1877-1878-ci illər rus-türk müharibəsində Rusiya Qərb dövlətlərinin dəstəyi və hərtərəfli köməyi nəticəsində Türkiyə məğlub oldu və ağır sülh şərtləri ilə razılaşdı. Lakin Qərb dövlətləri üçün müharibənin nəticələri gözlənilməz oldu və Rusiyanın qalib nailiyyətləri ilə hesablaşmadılar. Qərb dövlətləri San-Stefano sülh müqaviləsinə yenidən baxılmasına nail oldular. 1878-ci il iyunun 13-də Berlin Konqresi çağırıldı. Həmin konqresə ermənilər nümayəndə göndərməyə nail oldular ki, Osmanlı imperiyası daxilində muxtariyyət alsınlar. Nümayəndə heyətinin başçısı arxiyepiskov Mkrtıç Xrimyan olmuşdur. Ona sual verirlər ki, siz hansı dildə danışacaqsınız? Siz heç bir dili bilmirsiniz? Arxiyepiskop bu suala çox dərin mənalı bir cavab verərək demişdir: «Siz narahat olmayın, mən orada hamının çox asan başa düşdüyü bir dildə danışacağam - ağlayacağam».Yenə ruslar 1878-ci ilin yayında böyük dövlətlərin Berlin konfransında məğlubiyyətləri ilə əlaqədar olaraq yenə də erməniləri müdafiə etmiş, San-Stefano sülh müqaviləsinin 16-cı Berlin konfransının 61-ci maddələrində Muxtar Ermənistanın yaradılması fikrinin müdafiəçisi olmuşlar. Əvvəlki rus-türk müharibələrində məqsədlərinə çatmayan ermənilər, baxmayaraq bu müharibələrdə böyük canfəşanlıqla iştirak etmişlər və qurbanlar vermişlər yenidən Rusiyanın təhriki və təbliğatına - «Böyük Ermənistan»ın gerçəkləşəcəyi köməyinə ümid bəsləyərək Qərb dövlətlərinin maddi və fiziki yardımı sayəsində Türkiyədə daxili bandaları artırıb fəallaşdırdılar. 1895-ci ildən qətlə, qan tökməyə başlamış ermənilər Qumqapıda, Musabəydə, Merzifonda, Çorum Qeysəriyyə, Yozqat və İstanbulda nümayişlər keçirmiş, Osmanlı bankını ələ keçirmiş, Zeytun, Van Elazığ, Muş və başqa yerlərdə qiyam və vəhşiliklər törətdilər. Lakin İkinci Konstitusiyanın elanı ilə ermənilərə bəzi əlavə imtiyazlar verildi. Konstitusiyanın elanı ilə ümumi əfvdən sonra həddən ziyadə sərsəri, qatil və cinayətkar ünsürlər, təşkilatçı ermənilər İstanbula axışmış, onların çoxuna hətta dövlət idarələrində iş də verilmişdi. Nəticədə qısa müddətdə ortaya bir sıra qəbul oluna bilməyəcək yeni tələblər çıxdı. Belə tələbləri qəbul etdirmək üçün üsyançı təşkilatlar, o cümlədən Qnçaq və Daşnaq komitələri hər tərəfdə şöbələr açır, gizlicə silahlanırdılar. Kilsələr isə bu komitələri öz himayəsi altına alır və siyasi alətə çevirirdilər. Erməni müxalifət komitələri Osmanlı dövlətini tanımayacaqlarını həyasızlıqla bütün dünyaya elan etdilər. Bu məqsədlə hətta erməni məktəblərindən də istifadə olundu. Türklərə qarşı kin, nifrət toxumları əkir, tarix və coğrafiya dərsliklərində dövlət çevrilişi ideyalarını aşılayırdılar. Erməni təşkilatları silahlı dəstələr yaradır, partlayıcı maddə istehsalını bacaran mütəxəssislər hazırlamaq üçün Amerikaya adamlar göndərirdilər. Bu adamlar hər cür qətllər törədir, sonra da «ermənilər qətlə yetirilirlər»-deyə bütün dünyaya səs salır, Qərb dövlətlərinin himayəsinə keçmək istədiklərini bildirirdilər. Onların əsas məqsədi üsyan və inqilablar ilə Anadoluda üstünlük qazanaraq Erməni dövləti qurmaq idi. Çox çəkmədi ermənilərin mənfur niyyətləri həqiqətə çevrildi. Rusiya Avropadan diqqətini cənuba çevirdi. Yeri gəlmişkən arası kəsilməz Rus-Türk (tarixdə 12 rus-türk müharibəsi olmuşdur) və Rus-İran müharibələrində ermənilər yaşadıqları dövlətlərə asi çıxırdılar, onları arxadan vurdular. Məqsəd ondan ibarət olmuşdur ki, Yaxın Şərqdə xristian dövlətlərinin qələbəsi zəmində «Böyük Ermənistan» dövləti yaratsınlar. Təcavüzkar xəritə çəkib öz xalqına və digər xristian dövlətlərina təbliğ etdilər. Hazırda da təbliğ edirlər ki, guya Ermənistan tarixən Yaxın Şərqdə qüdrətli bir dövlətçiliyə malik olmuşdur. Uydurma xəritə 3 dəniz sərhədindən başlayır - Ağ dəniz, Qara dəniz, Xəzər dənizi, Cənubu Qafqazı, Şərqi Anadolunu və Ərəbistan çöllərinə qədər əraziləri əhatə edir. Həmin xəritə hazırda çox tirajla da çap edilir və dünyanın hər yerində təbliğ edilir. «Böyük Ermənistan» haqqında arzu yenə aktual olmuşdur. Daşnak liderlərindən biri Baqrat Sidoyan etiraf edir: «Çar böyük Tiqran dövründəki antik Ermənistanın sərhədlərini bərpa etmək arzumuzdur. Lakin bizim proqramımız Sevr müqaviləsində müəyyən olunmuş Ermənistandır». Bu sözlərdən sonra o, Azərbaycanın müfəssəl xəritəsini göstərir. Uzun müddət Kaliforniyada qaldıqdan sonra Ermənistana qayıdan daşnaqların lideri Apo Porikyan deyir: «Böyük Ermənistan arzusu bizim milli şüurumuzun bir hissəsidir. Ermənilər ilk dəfə olaraq belə bir hissdən yaxa qurtarmışlar ki, onlar əbədi uğursuzluğa məhkumdurlar. Qatı millətçilər utopik layihələr tərtib edirlər: yalnız Dağlıq Qarabağ deyil, həm də Naxçıvanı, Anadolunun bir hissəsini və Gürcüstanın cənub rayonlarını geri almaq xəyalına düşüblər-bütün bunlar «tarixi erməni torpaqlarıdır»... «Böyük Ermənistan» ideyası XIX əsrin sonlarında məhz Qərb dövlətlərinin havadarlığı ilə geniş vüsət almağa başladı. Bu ideya Qərb dövlətlərinin məxfi hazırladığı böyük «Şərq məsələsi» işinin variantlarından olan perspektivli «Erməni məsələsi»nə daxil edilmişdi. Qərb dövlətləri Osmanlı dövlətini təhrik edirdilər ki, ermənilərə imperiya daxilində muxtariyyət versin. Bu məqsədlə 23 dekabr 1896-cı ildə o zamankı böyük dövlətlərin-İngiltərə, Fransa, Almaniya, Avstriya-Macarıstan, İtaliya, Yaponiya və s. səfirliklərinin İstanbul yığıncağı çağırıldı. Konqres ərəfəsində beynəlxalq müşahidəçilərin iştirakı ilə Şərqi Anadoluda əhalinin milli tərkibi yoxlanıldı. Məlum oldu ki, ermənilərin muxtariyyət istədiyi 6 sancaqda erməni əhalisi digər xristianlarla birlikdə 20 faiz təşkil edirdi. Ermənilərin iddia etdikləri 6 vilayətdə əhalinin demoqrafik tərkibi barədə 5 iyul 1880-cı ildə Abidin paşa Qərb dövlətlərinin notasına cavabında yazmışdır: «Sizin nəzərinizə çatdırıram ki, Van, Diyarbəkir, Bitlis, Ərzurum və Sivaş əyalətlərində dövlət qeydiyyatının nəticəsi aşağıdakı tərkibdə olmuşdur: 17% erməni, 4% digər millətlər və 79% müsəlman».Hüquqi və sosial bazası çatmadığı üçün İstanbul yığıncağında «erməni məsələsi» deyilən məsələyə son qoyuldu. Lakin ermənilər öz iddia və ideyalarından dönmədilər. Onların Osmanlı dövlətinin bütün sahələrində aparıcı qüvvəyə malik olduqlarına baxmayaraq üzə bir, ənsəyə iki üsulundan istifadə edib separatçılıq və satqınçılıqla məşğul olurdular. Bu hal Birinci Dünya müharibəsi ərəfəsində daha da fəallaşdı. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ermənilər hansı dövlətin himayəsində yaşayıblarsa, o dövlətin çətin məqamında ona qarşı satqın çıxmışlar. O cümlədən Osmanlı imperiyasının, İran imperiyasının, Rus imperiyasının, Sovet imperiyasının dağılmasında zirək ermənilər arxadan və altdan vurmaqla böyük rol oynamışlar.Ermənilər həmişə yaranmış situasiyalardan məharətlə istifadə etmişlər.

Yüklə 74,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin