Fənn : Osmanlı tarixi Müəllim: Mehman Ağayev


«Təhcir» («Köç») qanununun tələbləri



Yüklə 74,27 Kb.
səhifə2/5
tarix26.04.2023
ölçüsü74,27 Kb.
#103047
1   2   3   4   5
H. Dilşad

5.3«Təhcir» («Köç») qanununun tələbləri.
5.4 Köçürülənlərin rahatlıqları, yedirilib-içirilmələri ilə bağlı əlavə tədbirlər
6) Dünya ictimaiyyəti ermənilərin köçürülməsi barədə məcburən qəbul edilmiş qərar mətbuat və canlı şahidləri tərəfindən öz təsdiqini tapımasi
6.1)erməni soyqırımı uydurmalarını dəlillərlə isbatlamağ cəhdləri
6.2)"erməni soyqırımı" təbliğatının arxasında dayanan dövlət-güclərin araşdırılması
7)Türkün (müsəlmanın) erməniyə tarixi (bəşəri) xidmətinin etirafı və dəyərləndirilməsinin əvəzində "soyqırım" əfsanəsini uyduraraq təbliğ edənlərin iddiaları
7.1 Erməni köçlərinin xarakteri
7.2Londonda keçirilən toplantılarından birində ermənilərin bəzi şikayətləri və yalanlari
8)Osmanlı dövlətində ermənilərin sıxışdırılmaları və təzyiqlərə məruz qalmalarına dair uydurmaları həqiqət kimi qəbul edənlərə sübutlar əks etdirilməsi
ERMƏNİLƏR OSMANLI DÖVLƏTİNDƏ
Bəşər tarixi boyunca elə bir xalq, millət olmamışdır və indi də yoxdur ki, o, müəyyən bir coğrafi ərazidə təkbaşına, başqa xalqlardan təcrid olunmuş halda yaşasın. Xalqlar içərisində türklərin ən uzun müddətdə və ən yaxın iqtisadi-mədəni təmasda olduğu toplumlardan biri ermənilərdir. Eyni zamanda inkar edilməz bir həqiqətdir ki, Osmanlı imperatorluğunun 625 illik varlığı ərzində özlərini türklərə zahirən «yaxın dost», «sadiq təbəə» kimi göstərmək üçün çox zaman ailələrində belə türkcə danışan, bir çox ayinlərini türkcə icra edən, əsgəri mükəlləfiyyətdən azad olan ermənilər dövlətin iqtisadi-ticarət və hətta idarəetmə sistemində yüksək mövqeyə çatmışdılar.Tarixən Qərb dövlətləri məkrli məqsəd və niyyətlərinə çatmaq naminə İslamı, o cümlədən islamın xilaskarı və müdafiəçisi olan Osmanlı dövlətini dünya ictimaiyyətinə antihumanist, xristianlara qarşı qəddar və sair çirkin əlamətlərə malik təcavüzkar dövlət kimi təbliğ edirdilər. Osmanlı hökuməti özünün müsəlman və qeyri müsəlman rəiyyəti arasında heç bir fərq qoymamış, həmişə ermənilər imperiyada yüksək məsul vəzifələr tutmuşlar. Məsələn, 1910-1915-ci illərdə vəzifəli ermənilərdən aşağıdakıları qeyd etmək olar: Osmanlı imperiyasının xarici işlər naziri erməni Qabriel Noradunkyan olmuşdur. İmperiya silahlı qüvvələri qərargah rəisinin müavini də erməni (Bazazardem) idi. Ticarətdə aparıcı qüvvələrin 70 faizini ermənilər təşkil etmişdi. Bir çox faktları da qeyd etmək yerinə düşər.1861-ci ildə Qalatasaray liseyində hüquq bölməsində təhsil alan 52 gəncdən 45-i erməni idi. Oradakı tibb məktəbində təhsil alanların isə hamısı erməni idi. XIX əsrin əvvəllərində təkcə İstanbulda 150 min erməni yaşayırdı. Onlara geniş dini və milli imtiyazlar verilmişdi. 1863-cü ildə Erməni Milli Məclisi fəaliyyətə başlamışdır. 140 təmsilçidən formalaşan məclisin 80 nəfəri paytaxtdan, yəni İstanbuldan idi. İlk erməni qəzeti 1859-cu ildə burada nəşr edildi, sonra sürətlə çoxaldı, 1839-1866-cı illərdə erməni dilində İstanbulda çıxan qəzetlərin sayı 14-ə çatdı, hətta imperiyanın ucqarı Van vilayətində də ayrıca bir qəzet çıxırdı.İstanbulda erməni dilində kitablar XVIII əsrin başlanğıcından çıxmaqda idi. Monax Muxtar 1700-cü ildə apardığı və icra etdiyi işlərə dair sənəd və yazıları İstanbulda çap etdirmişdi. Həmin vaxt Fransanın Marsel şəhərində XIV Lüdovik erməni mətbəəsini bağlatdırmışdı, Osmanlı imperiyasında isə ermənilərin azad mətbuatları vardı və onlara qarşı heç bir sıxıntı yox idi.Marsel Leart araşdırmalarında Osmanlı hökumətində ermənilərin vəziyyətini aşkarlayacaq aşağıdakı hesablamaları aparmışdır: Anadolunun 166 sahibkarından 141-i erməni, 12-si digər icmalardan, 13 nəfəri isə türk idi; 9800 dükançı və peşəkarlardan 6800-ü erməni, 2550-si türk idi; 150 xarici ticarət kommersantlarından 127-si erməni, 23-ü türk idi; 153 sənayeçilərdən 130-u erməni, 20-si türk idi; 37 bankirlərdən 32-si erməni idi. «Türkiyə Ermənistanı» deyilən ərazidə 803 erməni məktəbi, 2088 müəllim və 81226 şagird olmuşdur. Deməli, ötən iki əsrdə Osmanlı dövlətində ermənilərə qarşı heç bir təzyiq olmamışdır, onlar bu ölkənin tamhüquqlu vətəndaşları kimi çox firavan yaşamışlar. Buradan belə bir nəticəyə gəlmək olur ki, türk-erməni münaqişələri XIX əsrdə süni surətdə yaradılmışdır. Qərb dövlətləri Osmanlı imperatorluğunu məhv etmək, bu ərazilərdə öz nüfuz dairələrini genişləndirmək istəyirdilər və bu dövlətlər çıxış yolunu Osmanlı imperiyası daxilində etnik münaqişələrin törədilməsində tapdılar ki, bunu da reallaşdırmaq üçün birinci növbədə «erməni məsələsi» deyilən məsələ qaldırdılar. Qərb dövlətləri öz məqsədlərini həyata keçirmək üçün «Şərq», «Şərq məsələsi», «Orta Doğu», «Çağdaş» kimi məsələləri də ortaya atmışdılar. Ancaq ən təhlükəli məsələnin - «erməni məsələsi»nin üzərində ciddi oyunlar gedir, böyük imperialist planları qurulurdu. Görək ermənilərin əsl havadarı olan Rusiya imperiyasının ermənilərə qarşı münasibətinin əsas mahiyyəti nədən ibarətdir? Doğrudanmı, Rusiya ermənilərə həqiqətən can yanqısı göstərirdi? Bu mülahizə erməni müəlliflərinin yazılarında daha aydın izah edilmişdir. H.Pastirmaciyan: «Erməni xalqına gəldikdə, onun milli xarakterli hərəkatı əsas verir ki, müstəqil Ermənistan yaransın və ya Türkiyə Ermənistanı çar imperiyasına daxil olsun. İmperiya (Rusiya) razı olmaz ki, bütün erməniləri birləşdirə bilən erməni dövləti yaradılsın. O Qafqazın bütün xalqlarını geniş muxtariyyata almaq cəhdlərinə yönəldə bilər. «Türkiyə Ermənistanının» Rusiyaya birləşməsinə gəldikdə, qeyd etməmək olmaz ki, bu məsələ burada çarın ruslaşdırma siyasəti ilə nəticələnə bilər. Birləşmə erməni mədəniyyətinin mövcudluğuna ciddi təhlükə yarada bilər». E.Aknouni: «1830-cu ildən Rusiyanın məzlum xalqları ruslaşdırma siyasətinin nəticəsi olaraq qəhrəman Polşa inqilabı 1863-cü ildə sonu uğursuz olsa da inqilabçılar nəslinin azadlıq mübarizəsinin yeni mərhələsini yaratdı... Qafqazda 500 erməni məktəbi bağlanaraq 20000 şagird küçələrə atıldı. ...Ağlagəlməz terror, təqiblər, zülm, sarsıntı hər yeri götürmüşdür. E.Aknouni sözünə davam edir: «Erməni dilinin tədrisi uzun müddət dövlət təhsil müəssisələrində aparılmadı. Rus dövlət işçilərinin fikrinə görə, bu dünyada hər bir erməninin iki vəzifəsi vardır: 1. rus dilini öyrənmək, 2. ana dilini unutmaq - bu vəzifənin hər biri bir-birindən lazımlıdır».Milliyyətcə erməni olan bir sıra şəxslər Osmanlı dövlətində xarici işlər, maliyyə, dənizçilik, xəzinədarlıq, rabitə nazirləri, dövlət müşavirləri kimi yüksək vəzifələrə sahib ola bilmişlər. 1980-ci ildə İstanbulda «Jamanaq» («Zaman») nəşriyyatının çap etdiyi «Türkiyədəki ermənilər haqqında həqiqət» adlı kitabda göstərilir ki, Osmanlı dövlətində ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 411 yüksək məmur rütbəsinə nail olmuşdular. 1461-ci ildə Sultan Mehmet Fatehin xüsusi fərmanı ilə İstanbulda erməni dini mərkəzi (patriarxlıq) açılmış, XVII əsrdə yenə İstanbulda tarixdə ilk erməni mətbəəsi yaradılmışdır. Türkiyə şəhərlərində və əyalətlərində ermənilər əmin-amanlıq şəraitində yaşamışlar. Bunun müqabilində bəs ermənilər onlara hamilik etmiş Osmanlı dövlətinə necə münasibət göstərmişdir? Tarixin təcrübəsi göstərir ki, erməni rəhbərliyi Osmanlı dövləti güclü olduğu zaman ona «sadiq təbəə» xidməti göstərmiş, bu dövlət daxili və xarici amillər üzündən zəiflədikdə isə həmişə xəyanət etmiş, arxadan xəncər sancmağa çalışmışlar. Beləliklə, Osmanlı imperatorluğunda digər etnik azlıqlar və qeyri-müsəlmanlar kimi, ermənilər də həmişə bərabər və sərbəst yaşamışlar. Ermənilər iddia edildiyi kimi, soyqırıma uğrayan bir topluluq deyil, dövlətdə nüfuzlu yerlər, vəzifələr tutmuş bir qrup olmuşdular. Bununla əlaqədar aşağıdakı siyahı xüsusi maraq doğurur.

Yüklə 74,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin