Ad: Adəm
Soyad: Nəsirli
Fakültə: Maliyyə və mühasibat
Qrup: 486
Kurs: I
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti
Müəllim: Gülbəniz İsmayılzadə Məhəmməd
Sərbəst işin adı: Azərbaycan dili haqqında ümumi məlumat
Azərbaycan dili (Azərbaycanca, Azərbaycan türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə) — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.
Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Qısa tarixi
Eyni zamanda yazı dili də olan Azərbaycan dili yazı dili ənənəsinə sahib olma baxımından Türk dili ilə paraleldir. Türkmən dili və qaqauz dilinin nisbətən daha gec yazı dili kimi formalaşmasına baxmayaraq Azərbaycan dili köklü bir yazı dili ənənəsinə malikdir.
Azərbaycan dilinin yaranması
Azərbaycan dilinin və xalqının təşəkkülü III–VII əsrlərdə baş vermiş, VII-VIII əsrlərdə başa çatmışdır. Bu zaman Azərbaycanda gedən dini mübarizə artıq sona yetmişdir. XI əsrdə Azərbaycan dili Qafqazda və qonşu ölkələrdə geniş inkişaf tapır. Azərbaycan dili türk dillərinin oğuz qrupuna daxildir. Yerli əhalinin əsas dili olan Azərbaycan dili XI əsrin ortalarında oğuz tayfaları dilinin güclü təsiri altında tam şəkildə formalaşmışdır. XII əsrdə ədəbi Azərbaycan dili təşəkkül tapdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı bu dildə də əsərlər yazırdılar. N.Cəfərov "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" əsərində "XI-XII əsrlərdən başlayaraq Azərbaycanda meydana çıxan möhtəşəm türk dövlətlərində rəsmi dil kimi ərəb, fars dilləri ilə yanaşı türkdən də istifadə olunduğunu" göstərir.
Səfəvilər dövlətində Azərbaycan türkcəsi sarayda və orduda hakim dil olmaqla imperiyanın ilk rəsmi dövlət dili idi.
Azərbaycan dilinin inkşaf mərhələləri
Azərbaycanda müstəqillik dönəmində dil siyasəti 1991-ci ildən başlamışdır.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstutusiyasında Azərbaycan dilinin adı bərpa olundu. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. Bu fərman Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və inkişaf etdirilməsi yolunda dövlət qayğısının artırılması deməkdir. Bu tarix Azərbaycan xalqının həyatında əlamətdar bir gün kimi qalacaqdır. Bu fərmanının imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında” fərman imzalandı.
Ümummilli lider Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.
Həmin vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bundan başqa, 2002-ci ilin 30 sentyabrında “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, onun tətbiqi, inkişaf etdirilməsi istiqamətində bir addımdır.
2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Dil dövlət atributlarından biridir və ona hörmətlə yanaşılmalıdır. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir azərbaycanlı göz bəbəyi kimi qorumalı, ona daim qayğı ilə yanaşmalıdır. Bu, hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.
Dostları ilə paylaş: |