Nitqdə reallıqdan uzuqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: 1.Mühazirəçinin bilərəkdən faktlan, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Məsələn, məktəb direktorunun çıxışında mənimsəmənin yüksək faizlə göstərilməsi, 2.Layiq olmadan edilən təriflər, nöqsanların ört-basdır edüməsi və ya onların səbəbirıin bu işlə daha az əlaqəsi olan amillərlə bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır. Nitq mədəniyyətinin səviyyəsi, fıkrin həqiqiliyi, doğru-düzgünlüyündən çox asılıdır. Əlbəttə, nitq mədəniyyəti baxımından ədəbi-tənqidi fikrin ifadə tərzi hər cəhətdən gözəl, nümunəvi olmalıdır. Lakin zahirən sığallı, axıcı, rəvan, nitq yalanı həqiqət adına ifadə edirsə, bu cür nitq mədəniyyət səviyyəsindən uzaqdır. Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi natiqin nitq predmeti haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyalan, onların məktəbdə tədrisinin mövcud problemləri (interaktlv, innovativ və s.) barədə aydın təsəvvürü, ətraflı məlumatı olmayan rəhbər maarif işçisinin müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin, icmalçının, şərhçinin və başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir.