Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: MƏDƏNİ NİTQƏ veriLƏn başlica təLƏBLƏr plan: Nitqin aydınlığı


Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır



Yüklə 29,64 Kb.
səhifə5/6
tarix15.11.2022
ölçüsü29,64 Kb.
#69261
1   2   3   4   5   6
muhazirə 13

Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır.

Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir, zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, fasilələrdə mətnlə əlaqəsi olmayan yersiz sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn. türkün məsəli, zaddı, ən azı ona görə ki, şeydi, beləliklə, adı nədir, adını sən de. hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb qörürük ki və s. belə sözlər nitqi korlayır, onda uyğunsuzluq, rabitəsizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır.

  1. Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn: znaçit, voobşe, tem bole, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təfnizliyinə xəlc}i gətirir, onun keyfiyyətini aşağı saiır.

Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqbmaq, qanmaq, qıfıila, tülkü, ayı, eşşək, qoduq, heyvəfə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu soxmaq kəllən haqqı, çərənləmək, özü doğub, özü də göbəyini kəsmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, ipli-mıxlı yoxa çıxmaq, hürkmək, xoruzlanmaq və s. yer verilməməlidir. Ictimai yerlərdə beiə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı vulqar xarakterli söz və ifadə işlədilməməlidir.
4. NITQIN DÜZÇÜNLÜYÜ. Nitqin düzgünlüyü həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxş bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək mümkün olmur. Düzgün nitqə yiyələnmək üçün qrammatikara qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarıni da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiq cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, onu düzgün əks etdirməsidir. Reallaqdan uzaq olan, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.

Yüklə 29,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin