Karkasın işlənməsi, cilalanması, parıldadılması.
Bildiyimiz kimi, karkası KXƏ-dən və hazırda geniş yayılmış Wironium, Wironit və s.dən
tökülür.
Tökmədən gələn karkasın üzərində tökmə ştiftləri və odadavamlı material yapışmış olur. Biz
karkası əvvəlcə qumvuran aparatda pardaxlayırırq. Əvvəlcə əllərin köməyi ilə boksda, sonra avtomat
qumvuran aparatda sirkulyasiya edən qumun Al oksidin köməyi ilə artıq məhsulları tamamilə
təmizləyirik. Sonra 1 mm diametrli disklərlə ştiftləri kəsirik. Cilalayıcı diskin köməyi ilə ştiftlərin
yerini tamam hamarlayırıq. Sonra qövsün cilalanıb hamarlanması üçün uyğun başlıqlardan istifadə
edirik. Nazik burğacın köməyi ilə dayaq səthi cilalayırıq. Sonra klammerlərin kənarlarında olan
çıxıntılar cilalanır. İti möhkəm frez ilə çətin səthləri cilalayırıq. Sonra karkası elektroliz pardaxlama
üçün elektrolit vannaya salırıq. Tam ağardıldıqdan sonra üzərinə kanoror lakı çəkilir.
Dostları ilə paylaş: |