Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
94
Protezin konstruksiyasının modellə xüsusi küvetə basdırılması,
inyeksiya kanallarının qoyulması.
Son modelləşdirmə aparıldıqdan sonra model küvetə gipslənir. Küvet üzərində deşiyi olan alt və
üst hissələrdən ibarət olub, 4 vint vasitəsilə bir-birinə birləşdirilib. Gipslənmə hər üç üsulda (əks, düz,
qarışıq) aparıla bilər. Damaq hissəyə litnik MTÜ qoymamışdan əvvəl A xəttinə qədər olan hissə bazis
mumla tam tutulur. ATÜ isə qoyulmur, küvetin üst hissəsi otuzdurularaq vintlə bərkidilir.
Üst hissənin gipsi tökülür. Bir hissənin gipsinə nisbətən iki hissə bir az duru qarışdırılır.
Gipsləmə zamanı küvetlər əvvəlcədən yağlanılır ki, gips yapışmasın. Gips quruduqdan sonra mumun
əriməsi həyata keçirilir. Lakin mumu əriməyə qoymamışdan əvvəl küvetin vintləri açılır.
Protezin xüsusi aparatda təzyiq altında bişirilməsi, işlənməsi
və xəstəyə təhvil verilməsi.
Modeli küvetə basdırdıqdan sonra mumun yuyulması həyata keçirilir. Bu çıxan protezlərdə
olduğu kimidir. Lakin mumu əriməyə qoymadan öncə küvetin vintləri açılır. Mumu 7-8 dəqiqə ərzində
yuduqdan sonra neylon protezin vurulması həyata keçirilir. Izokol çəkilərək qurudulur. Küvetin vinti
bərkidilərək presə yerləşdirilir. Bu zaman küvetin yan deşiyiylə (litnik qoyulan hissə) presin sıxılan
dəmiri paralel olmalıdır. Katric protez sahəsinə görə seçilərək ərinməsi üçün peçə qoyulur.
Katric 3 ölçüdə olur.
1. Tam çənə üçün
2. Hissəvi protez üçün
3. Mikro protez üçün
Peç 11 dəqiqə qızdırılır. 550 formgen 230
0
C. 4 dəqiqədən sonra katric xüsusi turbaya
yerləşdirilərək 7 dəqiqə qızdırılır.
Katric 3 hissədən ibarətdir.
1. Yuxarı qalın hissə
2. Orta turba hissə
3. Alt nazik hissə.
Katrici peçə qoyduqda çalışmaq lazımdır ki, alt nazik hissə küvetin dəliyinə düşsün. Çünki katric
qızdıqdan sonra tez küvetin üstünə otuzdurularaq preslə sıxılır və bu zaman katric partlayır, ərimiş
neylon küvetə daxil olur. Küvet protez tam soyuduqdan sonra gipsdən təmizlənərək işlənir, parıldadılır
və təhvil verilir.
İşlənməmişdən öncə litniklər kəsilir, sonra almaz frezlərlə hamarlanır, özünün xüsusi borları var.
Xüsusi şotkalarla bərk sabun formalı pemza və pasta QOİ-yə verilib parıldadılır. Xəstəyə təhvil verilir.