Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
92
MÖVZU 26.
Neylon protezlərlə akrilik protezlər arasındakı fərqlərin araşdırılması.
Buraxılan səhvlər və onların aradan qaldırılması.
Akril protezlərinə nəzərən neylon protezlərin bir sıra fərqli cəhətləri var:
1. Bioloji uyğunluq - neylon maddəsi neytral olduğu üçün allergiya və mədə-bağırsaq
problemləri olan hallarda rahatlıqla istifadə oluna bilər.
2. Estetikdir - protezin ağızda tutulması üçün heç bir metal qarmaq (klammer) və ya ataçmentə
ehtiyac yoxdur, beləcə də protezin görünüşü təmin olunur.
3. Möhkəmlik - akril protezlərdən fərqli olaraq neylon protezlərin qırılması mümkün deyil.
4. Elastiklik - akril protezin taxılıb-çıxarılması çox böyük problem yaradır. Amma neylon
protezlərin ən üstün cəhətləri əyilə bilməsi və ən əsasıda ilkin formasını ala bilməsidir.
5. Dayaq dişlərə zərər vermir. Qapaq qoyulmasına ehtiyac yoxdur.
6. Neylon protezlər akril protezlərə nəzərən yüngül və incədirlər. Xəstələrin protezə öyrəşməsi
daha tez və zəhmətsiz olur. İstifadəsi isə daha rahatdır.
Neylon protezlərin hazırlanmasında buraxılan səhvlər 2 qrupa bölünür:
1. Həkimin buraxdığı səhvlər.
2. Texnikin buraxdığı səhvlər.
Dostları ilə paylaş: |