Mumun yuyulması, izokolun vurulması, katriclərin yoxlanması, kütlənin 280
0
qızdırılıb küvetə inyeksiyası və bişirilməsi.
Hazır protezin küvetdən çıxarılması, işlənməsi.
Modeli küvetə basdırdıqdan sonra mumun yuyulması həyata küçirilir. Bu çıxan protezlərdə
olduğu kimidir. Lakin mumu əriməyə qoymadan öncə küvetin vintləri açılır. Mumu 7-8 dəqiqə ərzində
yuduqdan sonra neylon protezin vurulması həyata keçirilir. İzokol çəkilərək qurudulur. Küvetin vinti
bərkidilərək presə yerləşdirilir. Bu zaman küvetin yan deşiyi ilə (litnik qoyulan hissə) presin sıxılan
dəmiri paralel olmalıdır. Katric protez sahəsinə görə seçilərək ərinməsi üçün peçə qoyulur.
Katric 3 ölçüdə olur.
1. Tam çənə üçün
2. Hissəvi protez üçün
3. Mikro protez üçün
Peç 11 dəqiqə qızdırılır. 550 formgen 230
0
C. 4 dəqiqədən sonra katric xüsusi turbaya
yerləşdirilərək 7 dəqiqə qızdırılır.
Katric 3 hissədən ibarətdir.
1. Yuxarı qalın hissə
2. Orta turba hissə
3. Alt nazik hissə
Katrici peçə qoyduqda çalışmaq lazımdır ki, alt nazik hissə küvetin dəliyinə düşsün. Çünki katric
qızdıqdan sonra tez küvetin üstünə otuzdurularaq preslə sıxılır və bu zaman katric partlayır, ərimiş
neylon küvetə daxil olur. Küvet protez tam soyuduqdan sonra gipsdən təmizlənərək işlənir, parıldadılır
və təhvil verilir.
İşlənməmişdən öncə litniklər kəsilir, sonra almaz frezlərlə hamarlanır, özünün xüsusi borları var.
Xüsusi şotkalarla bərk sabun formalı pemza və pasta QOİ-yə verilib parıldadılır. Xəstəyə təhvil verilir.
|