Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
93
MÖVZU 27.
1234000 üst çənədən ölçünün götürülməsi, dişəti klammeri üçün hazırlıq.
Dublikat modelin hazırlanması.
Neylon protezlərin hazırlanması üçün kompression olmayan ölçü alınır. 4 qr gipsdən ölçü
tökülür və super gipsdən model alınır. Sonra modeldən dublikat alınır. Dublikat almaq üçün silikondan
və ya xüsusi gilindən istifadə edilir. Dublikat almamışdan əvvəl diş ətrafı (boyun sümük çıxıntısı və s.)
mumla doldurulur. Dublikat alındıqdan sonra master model tökülür. Super gips 100 qr 20 qr su
nisbətində qarışdırılır. Əldə olunan model üzərində iş görülür.
İşçı model əldə olunduqdan sonra model işlənir, yəni nahamar hissələri hamarlanır, artıqlar
kəsilib götürülür. Model də dayaq dişlərin boyun nahiyyəsi nəzərdən keçirilir. Bundan sonra modeldə
gələcək protezin sərhədləri çəkilir. Neylon protezlərin əhatə etdiyi sahə hissəvi akril protezlərə
nisbətən daha qısa olur.
Dostları ilə paylaş: |