Şablon yastığın hazırlanması. Antaqonist ölçünün alınması, modelin
tökülməsi, mərkəzi okklüziyada artikulyatora vurulması.
Elastiki ölçü materialları ilə ölçü aldıqda, əsasən plastmas dəlikli ölçü qaşıqlar vasitəsilə ölçü
alınır. Üst çənədən ölçü götürdükdə üç ölçü qabı qədər toz və müvafiq miqdarda su tökülür. Bircins
kütlə alınanadək bir dəqiqə ərzində əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə və möhkəm qarışdırmaq
lazımdır. Hazır olandan sonra ölçü qaşığına qoyulur və ölçü götürülür. Elastiki ölçü materialları ilə
alınan ölçüdən tam 15 dəqiqə ərzində model tökülür. Əks halda ölçü formasını dəyişə bilər və
deformasiyaya uğrayar.
Ölçü alıb model töküldükdən sonra dublikat model alınır. Bunun üçün xüsusi gilindən,
silikondan istifadə olunur. İlk olaraq diş ətrafı, boyun sümük çıxıntısı mumla doldurulur. Daha sonra
super gipslə dublikat model alınır. Dublikat model aldıqdan sonra master model tökülür. Əldə olunan
model üzərində iş görülür. Model aldıqdan sonra şablon yastığın hazırlanması başlanır. Mum lövhəciyi
birtərəfli qızdırılır. Qızdırılmamış tərəfi modelin üzərinə qoyulur. Baş barmaqla damaq səthin və
alveol çıxıntının dişsiz sahəsinə sıxırıq. Mumu nazik etmək olmaz. Qızdırılmış şpatellə protezin
sərhəddi boyunca mum kəsilir. Sonra okklüzion yastıq formalaşır. Mum hər iki tərəfdən qızdırılır,
yuvarlanaraq yastıq şəklinə salınır. Eni mərkəzdə 0,8 sm, arxada 1,0-1,2 sm. Hündürlüyü öndə 1,5 sm,
arxada 1 sm. Qızdırılmış şpatellə yastıq hamarlanır.
Mərkəzi okklüziyanı təyin etdikdən sonra səmt xəttlərini qeyd etdikdən sonra model mərkəzi
okklüziya vəziyyətində artikulyatora gipslənir. Bunun üçün gips qarışdırılır, bir hissəsi stolun üzərinə
qoyulur və üzərinə artikulyatorun aşağı çərçivəsi gipsə yerləşdirilir, yenidən bir hissə gips qoyulur,
üzərinə modellər yerləşdirilir. Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra
gips yuxarı çənə modelinə qoyulur. Artikulyatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Gips
quruduqdan sonra modellər ehtiyatla aralanır.
Dostları ilə paylaş: |