Üst çənədən ölçünün alınması, modelin mərkəzi okklüziya vəziyyətində
artikulyatora vurulması.
Elastiki ölçü materialları ilə ölçü aldıqda, əsasən plastmas dəlikli ölçü qaşıqları vasitəsilə ölçü
alınır. Üst çənədən ölçü götürdükdə üç ölçü qabı qədər toz və müvafiq miqdarda su tökülür. Bircins
kütlə alınanadək bir dəqiqə ərzində əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə və möhkəm qarışdırmaq
lazımdır. Hazır olandan sonra ölçü qaşığına qoyulur və ölçü götürülür. Elastiki ölçü materialları ilə
alınan ölçüdən tam 15 dəqiqə ərzində model tökülür. Əks halda ölçü formasını dəyişə bilər və
deformasiyaya uğrayar.
Mərkəzi okklüziyanı təyin etdikdən sonra səmt xəttləri qeyd edilir. Sonra model mərkəzi
okklüziya vəziyyətində artikulyatora gipslənir. Bunun üçün gips qarışdırılır, bir hissəsi stolun üzərinə
qoyulur və üzərinə artikulyatorun aşağı çərçivəsi gipsə yerləşdirilir, yenidən bir hissə gips qoyulur,
üzərinə modellər yerləşdirilir. Şpatellə modelin əsası gipslə örtülür və hər tərəfdən hamarlanır. Sonra
gips yuxarı çənə modelinə qoyulur. Artikulyatorun yuxarı çərçivəsi bağlanır və gips hamarlanır. Gips
quruduqdan sonra modellər ehtiyatla aralanır.
Dostları ilə paylaş: |