İşçı model əldə olunduqdan sonra model işlənir, yəni nahamar hissələri hamarlanır, artıqlar
gələcək protezin sərhədləri çəkilir. Neylon protezlərin əhatə etdiyi sahə hissəvi akril protezlərə
Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
90
MÖVZU 25.
Dublikat modelin alınması. Şablon yastığın hazırlanması.
Ölçü alıb model töküldükdən sonra dublikat model alınır. Bunun üçün xüsusi gilindən,
silikondan istifadə olunur. İlk olaraq diş ətrafı, boyun sümük çıxıntısı mumla doldurulur. Daha sonra
super gipslə dublikat model alınır. Dublikat model aldıqdan sonra master model tökülür. Əldə olunan
model üzərində iş görülür. Model aldıqdan sonra şablon yastığın hazırlanması başlanır. Mum lövhəciyi
birtərəfli qızdırılır. Qızdırılmamış tərəf modelin üzərinə qoyulur. Baş barmaqla damaq səthin və alveol
çıxıntının dişsiz sahəsinə sıxırıq. Mumu nazik etmək olmaz. Qızdırılmış şpatellə protezin sərhəddi
boyunca mum kəsilir. Sonra okklüzion yastıq formalaşır. Mum hər iki tərəfdən qızdırılır, yuvarlanaraq
yastıq şəklinə salınır. Eni mərkəzdə 0,8 sm, arxada 1,0-1,2 sm. Hündürlüyü öndə 1,5 sm, arxada 1 sm.
Qızdırılmış şpatellə yastıq hamarlanır.
Dostları ilə paylaş: