Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə145/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   141   142   143   144   145   146   147   148   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 89 

 

MÖVZU  24. 



Neylon protezlərin  hazırlanmasında  özəlliklər. Neylon  protezlərdə  işlədilən 

aparatlar  və materiallar. 

 

Neylon  protezlər  çıxan  protezlərin  bir  növüdür.  Onun  yumşaq  altlığı  protezə  öyrəşməyi 



asanlaşdırır və onu daha rahat edir. Neylon protezlər - valplast bir və bir neçə diş olmayanda  və tam 

dişsiz  çənədə  diş  sırasının  bərpasında  istifadə  oluna  bilər.  Neylon  protezlər  dayaq  dişlərə  təzyiq 

göstərmir, allergiya vermir və stomatologiyada geniş tətbiq olunur.  

 

Neylon protezlərin müsbət cəhətləri: 



1. Neylon protezlər yarımşəffafdır, solğun-çəhrayı rəngi bu protezə təbiilik verir. 

2. Neylon protezlərin qarmağı protezin əsas hissəsidir, metaldan deyil, neylonun özündəndir, bu da 

onu möhkəm və başqaları üçün gözəgörünməz edir. 

3.  Neylon  protez  bir  çox  təzyiqə  davam  gətirir,  qırılmır,  çünki  neylon  çox  elastik  və  möhkəm 

materialdır. 

4. 12 atm. təzyiq altında qaynar presləmənin köməyi ilə bu protez hazırlanır, bu da neylon protezin 

protez  yatağının  anatomik  formasını  təkrarlamağa  kömək  edir,  protez  yaxşı  fiksasiya  olur  və  balans 

vermir. 


 

Neylon protezlərdə istifadə olunan materiallar 2 qrupa bölünür. 

1. Əsas 

2. Köməkçi materiallar 

 

Əsas  materiallar  hazır  protezin  üzərində  qalan,  köməkçi  materiallar  isə  neylon  protezlərin 



hazırlanma mərhələsində istifadə olunanlardır. 

Əsas materiallara aiddir:1. Süni dişlər və 2. Katriclər. 

Köməkçi materiallara aiddir: ölçü materialları, super gips, silikon, gilin, mum, izokol, abraziv 

materiallar. 

Alətlər: okklüdator, xüsusi küvet,  elektroşpatel, şpatel, kimyəvi karandaş,  valplast peçi. 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin