Protezin küvetə basdırılması, polimerizasiya.
Dişlər düzüldükdən sonra, mum bazisini xəstənin ağzında həkim yoxlayır. Əgər heç bir
narahatçılıq və heç bir qüsür olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə
edirik. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır.
Üst çənədə arxa dişlərin 2/3 hissəsini, frontal dişlərin isə 1/3 hissəsi mumla örtülü olmalıdır. Alt
çənədə həm arxa, həm də qabaq dişlərin arxa tərəfləri 2/3 hissəsi mumla örtülü olmalıdır. Protez
bazisinin qalınlığı bərabər olmalıdır. Aşağı çənə bazisi bir qədər qalın modelləşdirilir, çünki sahəsi
kiçikdir. Bazisin qalınlığı üst çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A
xəttinə doğru hamar, eyni qalınlıqda aparılır və tam nazildilir. Bazisin kənarları dairəvi, hamar
olmalıdır. Sonda pambığı benzinə batıraraq süni dişlərin üzərindəki mum təmizlənir.
Mum kompozisiyasının plastmasla əvəz olunması üçün küvetdən istifadə olunur. Model duru
gips vasitəsi ilə küvetin əsasina bərkidilir. Gips quruduqdan sonra üst hissəsi qoyulur və duru gipslə
doldurulur.
Gipsləmənin 3 üsulu var: əks, düz (birbaşa), qarışıq (kombinəedilmiş).
Əks gipsləmə zamanı küvetdəki gips mum kompozisiyasının sərhəddinə qədər olmalıdır.
Küvetin əsasında yalnız gips model qalır, süni dişlər, qarmaqlar küvetin yuxarı hissəsində kontur
küvetə keçir.
Düz gipsləmə zamanı küvetdəki gips vestibulyar tərəfdən süni dişlərin hamısını, frontal dişlərin
kəsici xəttinə qədər örtməlidir. Bu üsulda süni dişlər, qarmaqlar və model küvetin əsasında qalır.
Qarışıq gipsləmə ön dişlərdə qüsurlar olduqda tətbiq olunur. Küvetin əsasında model, ön süni
dişlər, klammerlər qalır, kontur küvetə isə çeynəmə dişlər keçir.
Polimerləşdirmə: Gips hələ isti ikən nazik qat “İzokol”çəkilir. Sonra ikinci qat çəkilir. Bir süni
dişə 1 qr (1 protezə 8-12 qr) plastmas tozu (polimer) götürülür və doyana qədər monomer əlavə edilir.
Çini və ya şüşə bankada qarışdırılır. Süni dişlər və klammerlər monomerlə yağsızlaşdırılır. Plastmas
porsiyası götürülür, forma verilir və küvetin əsasına doldurulur. Küvet bağlanır, preslənir (10-15 dəq),
sonra bügelə bərkidilir və polimerləşməyə gedir. Polimerizasiya bitdikdən sonra (45 dəq) küvet açılır
və plastmas protez gipsdən ayrılır.
Dostları ilə paylaş: |