Şablon yastığın hazırlanması. Mərkəzi okklüziya vəziyyətində okklüdatora
gipslənməsi.
Sərhədlər cızıldıqdan sonra, dişləm şablonu hazırlanır. Mum lövhəsini bir tərəfdən qızdırıb, əks
tərəfini sərhəddini çəkdiyimiz modelin üstünə qoyub, baş barmaq vasitəsi ilə ehtiyatla modelə
yapışdırırıq. Mumu elə sıxmaq lazımdır ki, standart eninə toxunmasın. Şpateli qızdırıb mumun
artıqlarını sərhəd boyu kəsirik. Bu dişləm şablonudur. Məftili qızdırıb, dişləm şablonunun üzərinə
yapışdırırıq. Mumun qalan hissəsini hər iki tərəfdən qızdırıb, uzunsov halda yuvarlayırıq, sonra dişləm
şablonunun üzərinə qoyuruq (diş qövsinə tam paralel olmaqla).
|