Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Süni  dişlərin  seçilməsi, düzülməsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə140/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   136   137   138   139   140   141   142   143   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

Süni  dişlərin  seçilməsi, düzülməsi. 

 

Dişlərin  düzülməsi  ön  dişlərdən  başlayır.  Əgər  alveolyar  çıxıntı  yaxşı  nəzərə  çarpırsa,  onda 



dişlər  bir  az  cilalanır  (təbii  diş  təəsüratı  yaratmaq  üçün).  Dişlərin  belə  düzülüşü  nöqtəvi  düzülmə 

adlanır. Bu cür birinci premolyarı da düzmək olar. Bu düzülüş estetik tələblərə cavab verir. Alveolyar 

çıxıntının atrofiyası və ya qüsüru zamanı ön dişlər süni diş ətinə qoyulur, sonra antaqonistlə yoxlanır. 

Süni diş böyük olduqda şlifmotorda almaz disklərlə, daşlarla yonulur. Qızdırılmış şpatellə mum yastıq 

yumşaldılır və növbə ilə mərkəzi və yan kəsicilər, köpək dişlər bərkidilir. Çeynəmə dişlərin qabarları 

antaqonistlərdəki  dərinliklərə  uyğun  gəlməlidir.  Çini  dişlər  daha  ehtiyatla  düzülməlidir,  çatlar  və 

sınıqlar əmələ gəlməsin deyə. 

Süni  dişlərin  düzülməsi  zamanı  okkluziya  səthinin  əyriliyi  nəzərə  alınmalıdır  (sagital, 

transversal). Əks halda  aşağı çənə hərəkətinin biomexanikası, paradont toxumalarının  və  gicgah-çənə 

oynağının  pozulması  yaranır.  Dişlərin  okklüziya  səthlərindən  keçən  xətt okklüziya  əyriliyini  təşkil 

edir. Okklüziya  əyrisi sagital və transversal istiqamətdə olur və daimi dişlər tamam çıxdıqdan sonra 

daha aydın nəzərə çarpır.  

Sagital  (ön)  okklüziya  əyrisi  -  aşağı  çənənin  önə  və  aşağı,  sonra  isə  yuxarı  və  arxaya 

yerdəyişməsidir.  Okklüzion  kontakt  zamanı  aşağı  çənənin  kəsiciləri  yanlara  əyilmədən  sürüşür 

kəsicilər sırasındakı orta xəttlər uyğun gəlir. Aşağı çənənin kəsicilərinin yerdəyişmə yolu sagital kəsici 

yol adlanır. 

Transversal (yan) okklüziya əyrisi - qidanın xırdalanması məqsədilə aşağı çənənin növbə ilə sağa 

və sola yerdəyişməsidir 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq,  kvadrat), 

yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xəttlərinin köməkliyi ilə həyata keçirilir.  





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin