Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 85 

 

MÖVZU  23. 



Üst çənədən tam protezlər  üçün  ölçünün  alınması.  Fərdi qaşığın  hazırlanması. 

 

Ölçü almazdan  qabaq standart qaşığın kənarlarının  fərdiləşdirilməsi məqsədəuyğundur. Bunun 



üçün, qızdırılmış və iki qatlanmış mum lövhəsi qaynar şpatellə qaşığın kənarlarına yapışdırılır. Qaşıq 

ağız  boşluğuna  daxil  edilir  və  mum  alveol  çıxıntısına  sıxılır.  Mumun  aktiv  hərəkətli  selikli  qişa 

zonasına keçən hissələri kənarlaşdırılır. Bundan sonra ölçü materialı hazırlanır, qaşığa yaxılır və ağız 

boşluğuna  daxil  edilir.  Ölçü  alındıqdan  sonra  həkim  ölçünü  nəzərdən  keçirərkən  onun  kənarlarına, 

protez  yatağındakı  bütün  anatomik  törəmələrin  (yüyənlər,  qabarlar  və  s.)  ölçüdə  əks  olunub-

olunmamasına fikir verməlidir. 

Laboratoriyada  ölçüdən  model  tökülür.  Modeldə  kimyəvi  qələmlə,  düzəldiləcək  fərdi  qaşığın 

sərhədləri  çəkildikdən  sonra  modelin  üzərinə  izoləedici  lak  sürtülür.  Tezbərkiyən  plastik  kütlə 

hazırlanaraq yuxarı və aşağı çənənin formasına uyğun şəkildə modelin üzərinə sıxılır. Daha sonra fərdi 

qaşığın səthinə perpendikulyar istiqamətdə dəstək düzəldilir. Plastik kütlə bərkidikdən sonra (10-15 

dəqiqə)  qaşığı  modeldən  ayıraraq,  frez  və  karborund  başlıqlarla  yonurlar.  Bu  zaman  fikir  vermək 

lazımdır  ki,  qaşığın  kənarları  modeldə  qeyd  edilən  sərhəddə  müvafiq  olsun.  Qaşığın  kənarlarının 

qalınlığı 1,5 mm-dən az olmamalıdır, əks halda ölçünün kənarlarının həcmliliyinə nail olmaq çətindir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin