Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə139/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   135   136   137   138   139   140   141   142   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 86 

 

Dişləm şablonu və okklüzion yastığına olan tələblər: 



Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalı. 

Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm. 

 

Şablon  yastıq  hazır  olandan  sonra  onu  həkimə  veririk.  Xəstənin  ağzında  həkim  dişləmi  təyin 



edir, alt və üst çənənin modellərini bir birinə yapışdırıb texnikə qaytarır. 

Yapışdırılmış  modelləri  okklüdatora  gipsləmək  üçün  modelləri  bir  neçə  dəqiqə  suya  salırıq. 

Modelləri  okklüdatora  mərkəzləşdirilmiş  şəkildə  qoyuruq.  Okklüdatora  gipsləmək  üçün  modeli 

okklüdatorun üstünə (əvvəlçə alt çənənin) hündürlük ştiftini hündürlük meydanına dəyənə kimi (yəni 

dəyməlidir) qoymaq lazımdır. 

Hündürlük  ştifti  modelin  mərkəzi  xətti  ilə  eyni  sagital  xəttdə  yerləşdirilməlidir.  Gipsləməyə 

okklüdatorun  alt  tərəfindən  başlayırıq.  Alt  tərəfi  gipslədikdən  sonra  üst  tərəfi  gipsləyirik.  Dişlərin 

düzülməsi, olçüsünün seçilməsi səmt xəttlərinə əsasən aparılır. 

Səmt xəttləri: 

1. mərkəzi (kosmetik) xətt - mərkəzi kəsicilərin arasından keçir 

2. gülüş xətti - alt dodağın selikli qişasından keçir 

3. köpək xətti - köpək dişlərini iki yerə bölür 

 

Mərkəzi xətt dişlərin düzülüşündə simmetriyanı qorumağa kömək edir. Gülüş xəttinin köməyi ilə 



dişlərin (frontal) ölçüsünü (hündürlüyünü) düzgün seçmək olar. Köpək xəttinin arasindaki məsafədə 4 

və 5 diş yerləşməlidir (dişlərin ölçüsünü düzgün seçməyə kömək edir). 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin