Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
87
Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas diələrin
müsbət keyfiyyətlərindən başqa çatışmayan cəhətləri də var: lazımi qədər keyfiyyətə malik deyil,
sürtülməyə az davamlıdır.
Çini dişli çıxan protezlər funksional baxımdan daha uzun ömürlü və effektivdir. Bu dişlərin səthi
praktiki olaraq sürtülmür. Çini dişləri yonarkən çox təziq etmək olmaz (çatlar və sınıqlar əmələ
gəlməsinə görə).
Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyavi cəhətdən qida
ilə əlaqədə olmamalıdılar, orqanizmə ziyanı olmamalıdır, qidalanma zamanı möhkəm olmalıdırlar,
təzyiqə dözümlü olmalıdırlar. Həm plastmas, həm də çini dişlərin tətbiqinə göstəriş olmalıdır. Tam
çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha
yaxşıdır. Bundan əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri.
Dostları ilə paylaş: |