Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 88 

 

Pardaxlanma sumbata kağızı (najdak  kağızı) ilə daha qaba dənədən başlayaraq aparılır və sonra 



şlifmotor və burğac maşını ilə davam etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, 

daxili səth və süni dişlər pardaxlanmır. Klammerlərin uclarına hamar forma verilir. 

Protezin  cilalanması  ona  təmizlik,  möhkəmlik  verməyi  təmin  edir,  qulluğu  asanlaşdırır. 

Cilalanma  filtslə  pemza  və  su  qarışığına  batırılaraq  aparılır.  Ağız  boşluğuna  baxan  tərəfdən  başqa 

bütün  səthlər  cilalanır.  Cilalanma  güzgü  parıltısı  olana  qədər  aparılır. Protezin  qızmasının  qarşısını 

almaq üçün, onu daim soyuq suya salmaq lazımdı. 

Protezin  təhvili  vacib  mərhələlərdəndir.  Hazır  protezi  həkim  hərtərəfli  nəzərdən  keçirməlidir. 

Gözlə görünən çəxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protez su 

ilə yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil verilən gün çatışmamazlığın olmasını 

aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq 

olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır. 

Protezin  təhvili  vacib  mərhələlərdəndir.  Hazır  protezi  həkim  hərtərəfli  nəzərdən  keçirməlidir. 

Gözlə görünən çıxıntılar, nahamarlıqlar aşkar edildikdə, onları ləğv etmək lazımdır. Sonra protez su ilə 

yuyaraq ağız boşluğuna daxil edilir. Çox vaxt protezlər təhvil  verilən gün çatışmamazlığın olmasını 

aşkar etmək mümkün olmur. Həmin gun təkcə protezdəki kobud səhvləri aşkar edib, aradan qaldırmaq 

olar. Protezin korreksiyasını isə xəstə ondan bir neçə gün istifadə etdikdən sonra aparmaq lazımdır. 

Həkimin  buraxdığı  səhvlər:  ağız  boşluğunun  protezləməyə  hazırlanma  qaydalarının  pozulması, 

protezin konstruksiyasının fiksasiya növünün düzgün seçilməməsi, okklüziya xəttinin əyriliyi, ölçünün 

keyfiyyətsiz  olması,  ölçu  materialının  selikli  qişanın  atrofiya  dərəcəsi  nəzərə  alınmadan  seçilməsi, 

alveol çıxintıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına əməl edilməməsi və s. 

Mərkəzi  okklüziyanın  düzgün  təyin  olunmaması  da  protezin  funksional  effektsizliyinə  və  sınmasına 

səbəb olur. 

Texnikin  buraxdığı  səhvlər:  gipslə  alınmış  ölçünün  hissələri  düzgün  yığılmadıqda, 

tutuşdurulmadıqda  və  yapışdırılmadıqda,  işçi  modelin  dəqiq  alınmaması,  modelin  vaxtında 

tökülməməsi (elastik ölçü materialdan), klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s. 

Protez  bazisinin  qalınlığının  bərabər  olmaması  da  buraxılan    səhvlərdəndir.  Bazisin  qalınlığı  elə 

olmalıdır ki, protez kövrək olmasın, elastikliyini saxlasın, xəstəyə əziyyət verməsin, yəni üst çənədə 

1,5-2  mm,  alt  çənədə  2-2,5  mm  olmalıdır.  Monomer  polimerin  nisbətinin  düzgün  götürülməməsi, 

polimerizasiya  rejiminin  pozulması  protezin  keyfiyyətini  azaldır.  Mum  kompozisiyası  dərhal  qaynar 

suya salınarsa, polimerizasiyadan sonra protez soyuq suya salınarsa protezdə xırda məsamələr əmələ 

gəlir, bu da protezin tez sınmasına səbəb olur. Küveti soyuq suya salıb, temperaturu tədricən qaynama 

dərəcəsinə catdırmaq lazımdı. Protezin keyfiyyətli olmasi üçün, protezin işlənməsi prosesinə də böyuk 

əhəmiyyət  vermək  lazımdı.  Protezi  soyumamış  çıxarıb  işlədikdə  və  cilaladıqda  o,  deformasiyaya 

uğrayır. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin