Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə132/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 83 

 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq,  kvadrat), 



yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xəttlərinin köməkliyi ilə həyata keçirilir. 

Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas dişlərin 

müsbət  keyfiyyətlərindən  başqa  çatışmayan  cəhətləri  də  var:  lazımi  qədər  keyfiyyətə  malik  deyil, 

sürtülməyə az davamlıdır.   

Çini dişli çıxan protezlər funksional baxımdan daha uzun ömürlü və effektivdir. Bu dişlərin səthi 

praktiki  olaraq  sürtülmür.  Çini  dişləri  yonarkən  çox  təziq  etmək  olmaz  (çatlar  və  sınıqlar  əmələ 

gəlməsinə görə). 

Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida 

ilə  əlaqədə  olmamalıdılar,  orqanizmə  ziyanı  olmamalıdır,  qidalanma  zamanı  möhkəm  olmalıdırlar, 

təzyiqə  dözümlü  olmalıdırlar.  Həm  plastmas,  həm  də  çini  dişlərin  tətbiqinə  göstəriş  olmalıdır.  Tam 

çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha 

yaxşıdır. Bundan  əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri. 

Dişlər  düzüldükdən  sonra,  mum  bazisini  xəstənin  ağzında  həkim  yoxlayır.  Əgər  heç  bir 

narahatçılıq və heç bir qüsür olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə 

edirik. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır. 

Üst  çənədə  arxa  dişlərin  2/3  hissəsini,  frontal  dişlərin  isə  1/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Alt 

çənədə  həm  arxa,  həm  də  qabaq  dişlərin  arxa  tərəfləri  2/3  hissəsi  mumla  örtülü  olmalıdır.  Protez 

bazisinin  qalınlığı  bərabər olmalıdır.  Aşağı  çənə  bazisi  bir  qədər  qalın  modelləşdirilir,  çünki  sahəsi 

kiçikdir. Bazisin qalınlığı üst çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A 

xəttinə  doğru  hamar,  eyni  qalınlıqda  aparılır  və  tam  nazildilir.  Bazisin  kənarları  dairəvi,  hamar 

olmalıdir. Sonda pambığı benzinə batıraraq süni dişlərin üzərindəki mum təmizlənir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin