Tam tökmə metal bazis hazırlanmasının ardıcıllığı:
- Elastik kütlə ilə ölçünün alınması
- Çənənin iki gips modelinin alınması
- Modelin paralelometriyası
- Keramik odadavamlı modelin alınması
- Protez bazisinin və klammerlərinin modelləşdirilməsi
- Tökmə sisteminin hazırlanması
- Mum modelin odadavamlı kütlədə formalaşdırılması
- Mumun əridilməsi və tökmə formanın termiki işlənməsi
- Protezin tökülməsi
- Protezın işlənməsi və pardaxlanması.
Aşağı çənədə metal bazisin tam və ya hissəvi dil lövhəciyi ilə hazırlanır.
Göstərişlər:
1. Dilaltı qövsün yerləşdirilməsi üçün dilaltı sahədə lazımı yer olmaması:
- Dil yüyəninin qısa olması
- Alveol çıxıntının dil enişinin 7 mm-dən az olması
2. Alveol çıxıntının böyük atrofiyası ilə birgə hüdudlanmayan cərgələri
3. Aşağı çənə ön dişlərinin şınalanması məqsədilə ardıkəsilməz klammer əvəzinə
4. Aşağı çənədə iri ekzostozlar
5. Dişlərində çox diş daşları əmələ gələn xəstələrdə onların qarşısının alınması məqsədilə
6. Plastmas bazisin tez-tez sınmaları
Ştamplanmış metal bazisin hazırlanması çətin proses olub, protez yatağı toxumalarının dəqiq
əksini vermir. Bir neçə dəfə termiki işlənmə metalın strukturunu dəyişir. Buna görə də hazırda
yeniləşmiş metodların köməyilə dəqiq tökmədə metal bazis keramik modellərlə tökülməklə və ya işçi
model üzərindən mum kompozisiyanın çıxarılması ilə hazırlanır. Tökmə bazisin hazırlanması üçün sərt
gipsdən olan modelin üzərində paralelometrdə metal bazisin təbii dişlərə uyğun sərhədləri çəkilir.
3211234 alt çənədən alınmış ölçüdən model tökülür.
Modelin 4 növü var: işçi, köməkçi, diaqnostik və muzey.
Biz metal bazisli protez hazırlamaq üçün işçi və köməkçi model alırıq.
|