Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
83
Dişlər müəyyən kriteriyalara əsasən seçilir: xəstənin sifət quruluşuna (oval, üçbucaq, kvadrat),
yaşına (yaşlı xəstələrdə kəskin olmayan tinlər), cinsinə (qadınlarda daha incə, bəyaz), dərisinin,
saçının, gözünün rənginə (bəyaz və ya tünd), alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu
dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin
seçilməsi və düzülməsi mərkəzi okklüziyanın təyini zamanı modellərdə həkimin işarə etdiyi səmt
xəttlərinin köməkliyi ilə həyata keçirilir.
Plastmas dişlərin müxtəlif rəngləri və çalarları olur. Nəzərə almaq lazımdır ki, plastmas dişlərin
müsbət keyfiyyətlərindən başqa çatışmayan cəhətləri də var: lazımi qədər keyfiyyətə malik deyil,
sürtülməyə az davamlıdır.
Çini dişli çıxan protezlər funksional baxımdan daha uzun ömürlü və effektivdir. Bu dişlərin səthi
praktiki olaraq sürtülmür. Çini dişləri yonarkən çox təziq etmək olmaz (çatlar və sınıqlar əmələ
gəlməsinə görə).
Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida
ilə əlaqədə olmamalıdılar, orqanizmə ziyanı olmamalıdır, qidalanma zamanı möhkəm olmalıdırlar,
təzyiqə dözümlü olmalıdırlar. Həm plastmas, həm də çini dişlərin tətbiqinə göstəriş olmalıdır. Tam
çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha
yaxşıdır. Bundan əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər “SAZUR”dişləri.
Dişlər düzüldükdən sonra, mum bazisini xəstənin ağzında həkim yoxlayır. Əgər heç bir
narahatçılıq və heç bir qüsür olmadıqda mum bazisini modelə bərkidirik və sonuncu modelləşdirmə
edirik. Bütün dişlərin səthi mumdan tam təmizlənir. Dişlərin boynu qabaq tərəfdən tam açıq olmalıdır.
Üst çənədə arxa dişlərin 2/3 hissəsini, frontal dişlərin isə 1/3 hissəsi mumla örtülü olmalıdır. Alt
çənədə həm arxa, həm də qabaq dişlərin arxa tərəfləri 2/3 hissəsi mumla örtülü olmalıdır. Protez
bazisinin qalınlığı bərabər olmalıdır. Aşağı çənə bazisi bir qədər qalın modelləşdirilir, çünki sahəsi
kiçikdir. Bazisin qalınlığı üst çənədə 1,5-2 mm, alt çənədə 2-2,5 mm olmalıdır. Protezin sərhəddi A
xəttinə doğru hamar, eyni qalınlıqda aparılır və tam nazildilir. Bazisin kənarları dairəvi, hamar
olmalıdir. Sonda pambığı benzinə batıraraq süni dişlərin üzərindəki mum təmizlənir.
Dostları ilə paylaş: |