Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Dişlərin  düzülməsi.  Son modelləşdirmə



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə131/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   127   128   129   130   131   132   133   134   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

Dişlərin  düzülməsi.  Son modelləşdirmə. 

 

Dişlərin  düzülməsi  ön  dişlərdən  başlayır.  Əgər  alveolyar  çıxıntı  yaxşı  nəzərə  çarpırsa,  onda 



dişlər  bir  az  cilalanır  (təbii  diş  təəsuratı  yaratmaq  üçün).  Dişlərin  belə  düzülüşü  nöqtəvi  düzülmə 

adlanır. Bu cür birinci premolyarı da düzmək olar. Bu düzülüş estetik tələblərə cavab verir. Alveolyar 

çıxıntının atrofiyası və ya qüsüru zamanı ön dişlər süni diş ətinə qoyulur, sonra antaqonistlə yoxlanır. 

Süni diş böyük olduqda şlifmotorda almaz disklərlə, daşlarla yonulur. Qızdırılmış şpatellə mum yastıq 

yumşaldılır və növbə ilə mərkəzi və yan kəsicilər, köpək dişlər bərkidilir. Çeynəmə dişlərin qabarları 

antaqonistlərdəki  dərinliklərə  uyğun  gəlməlidir.  Çini  dişlər  daha  ehtiyatla  düzülməlidir  ki,  çatlar  və 

sınıqlar əmələ gəlməsin. 

Süni  dişlərin  düzülməsi  zamanı  okklüziya  səthinin  əyriliyi  nəzərə  alınmalıdır  (sagital, 

transversal). Əks halda  aşağı çənə hərəkətinin biomexanikası, paradont toxumalarının  və  gicgah-çənə 

oynağının  pozulması  yaranır.  Dişlərin  okklüziya  səthlərindən  keçən  xətt okklüziya  əyriliyini  təşkil 

edir. Okklüziya  əyrisi sagital və transversal istiqamətdə olur və daimi dişlər tamam çıxdıqdan sonra 

daha aydın nəzərə çarpır.  

Sagital  (ön)  okklüziya  əyrisi  -  aşağı  çənənin  önə  və  aşağı,  sonra  isə  yuxarı  və  arxaya 

yerdəyişməsidir.  Okklüzion  kontakt  zamanı  aşağı  çənənin  kəsiciləri  yanlara  əyilmədən  sürüşür, 

kəsicilər  sırasındakı  orta  xəttlərə  uyğun  gəlir.  Aşağı  çənənin  kəsicilərinin  yerdəyişmə  yolu  sagital 

kəsici yol adlanır. 

Transversal (yan )okklüziya əyrisi-qidanın xırdalanması məqsədilə aşağı çənənin növbə ilə sağa 

və sola yerdəyişməsidir 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin