Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə22/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Transverzal  (yan)  okklüziya  aşağı  çənənin  növbə  ilə  sağa  və  sola  yerdəyişməsidir (qidanın 

xırdalanması məqsədilə). Sağ və sol yan okklüziya ayırd edilir. Aşağı çənənin növbəli hərəkəti ağızın 

açılması, diş cərgələrinin aşağı çənənin yerini dəyişdiyi tərəfə qapanması ilə başlayır, sonra aşağı çənə 

mərkəzi  okklüziya  vəziyyətinə  qayıdır.  Əks  istiqamətə  yerini  dəyişir  və  yenidən  mərkəzi  okklüziya 

vəziyyətinə qayıdır. 



Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 11 

 

Süni dişlərin modelləşdirilməsi və düzülməsi zamanı sagital, yan əyrilər nəzərə alınmalıdır. Əks 



halda  aşağı  çənə  hərəkətinin  biomexanikası,  paradont  toxumalarının  və  gicgah-çənə  oynağının 

elementlərinin funksional əlaqələri pozulur, müxtəlif xəstəliklər yaranır. Çıxan protezləmədə protezin 

pis fiksasiyası və sınması da bu səbəbdən yaranır. 

Diş cərgələrinin fərdi xüsusiyyətlərinin bərpası statik (mərkəzi okklüziya) və dinamik (ön və yan 

okklüziya) cəhətdən profilaktik tədbir hesab olunur. 

Stomatoloqlar hesab edirlər ki, dişləmin pozulması baş ağrıları, üz ağrıları, gicgah-çənə oynağı 

funksiyalarının  pozulmaları  pulpit,  apikal  periodontit,  eşitmənin  pozulmaları  kimi  simptomlarla 

sklerozlaşmış osteomielit ekzostoz kimi əlamətlər görünür. 

Həkimin məqsədi diş cərgələri arasında  qabar - fissur vəziyyətinin düzgün  bölüşdürülməsindən 

ibarətdir. 

Diş  protezlərinin  hazırlanmasında  süni  dişlərin  düzgün  düzülməsi çox  vacibdir.  Bununla  qida 

qəbulu  çənədə  dişlərin  davamlılığı  əldə  olunur  və  protez  yatağının  müxtəlif  sahələrinin  funksional 

yüklənməsinin qarşısı alınır. 

Protezdə diş cərgələrinin konstruksiya olunması xüsusi aparatlarla həyata keçirilir. Aşağı çənənin 

yalnız  vertikal  hərəkətlərini  yerinə  yetirən  aparatlar  okklüdatorlar  adlanır.  Aşağı  çənənin  bütün 

hərəkətlərini yerinə yetirən aparatlar artikulyatorlar adlanır.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin