Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Gizli klammerin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə30/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Gizli klammerin hazırlanma texnikası. 

Gizli  klammer  estetik tələblərə cavab  verir  və  çeynəmə  təzyiqinin  bir  hissəsini  dayaq  dişlərinə 

ötürür.  Klammer  paslanmayan  poladdan  və  ya  qızıl-platin  ərintisindən  hazırlana  bilər.  Diş  cərgəsi 

qüsurunun  yanında  yerləşən  dişlərə  distal  tərəfdən,  hüdudlanmayan  qüsurlarda  isə  mezial  tərəfdən 

qapaq  hazırlanır.  Qapaqlar  ağız  boşluğuna  daxil  edilir, çənədən  ölçü  alınır,  gips  model  tökülür  və 

qapaqların yan səthinin mərkəzinə, diş cərgəsi qüsuruna yönəlmiş məftil yapışdırılır. Məftil qapağın 

hazırlandığı  materialdan  olub,  mumla  vertikal  olaraq  yapışdırılmalıdır.  Məftillərin  paralelliyi 

paralelometrdə yoxlanır, qapaqlara elə lehimlənir ki, məftilin yuxarı kənarları ilə qapaq  arasında  gizli 

klammer  üçün  sərbəst  yer  qalsın,  məftilin  aşağı  kənarı  dişətinə  çatmasın.  Kəlbətinlə  yarımdairə 

şəklində açıq ucu önə doğru, çiyni qapaqla  vertikal məftil arasında kip oturan klammer əyilir. Sonra 

süni dişdə klammer üçün xüsusi yer açılır, klammer görünmədiyi üçün gizli adlanır. 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin