Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə32/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 16 

 

Bütün maqnit birləşdiriciləri 3 qrupa bölünür; 



1. Protezin daxilində yerləşdirilən, çənələrarası itələyici maqnit fiksasiya edilir. 

2. Bir çənəli çəkici (özünəçəkən) maqnit implant. 

3. Kökdaxili (dişin kökündə) çəkici maqnit fiksatoru. 

İlk dəfə maqnit fiksasiyası tam çıxan protezlərin fiksasiyası üçün istifadə olunmuşdur. 

 

Hazırlanması:  I  variantda  bazisin  içərisinə  formalı  maqnit  yerləşdirilir  (çeynəmə  dişləri 



nahiyyəsində həm alt,  həm də üst protezdə): bu maqnit hissəcikləri elə yerləşdirilir ki, maqnitin eyni 

yüklü qütbləri üz-üzə düşsün. Belə olduqda bildiyimiz kimi eyni qütblər bir-birini itəliyir. Bu itələmə 

qüvvəsi protezin şaquli yerləşdirilməsinin qarşısını alır. Bu metodun çatışmayan cəhəti ondan ibarətdir 

ki,  bu  qüvvənin  təsiri  ağız  açılarkən  öz  təsirini  itirməsidir.  Sonra  formalı  maqnitin  əvəzinə,  kiçik 

maqnitin  əvəzinə,  kiçik  maqnit  hissəciklərinin,  çeynəmə  dişləri  nahiyəsində  bazis  daxilinə 

yerləşdirilməsi metodu hazırlanmışdır. 

Növbəti metodlardan biri də cərrahi yolla aparılan metoddur. 

Cərrahi  yolla  -  sümüküstlüyü,  ya  da  sümük  daxili  nahiyəyə  (həmin  diş  nahiyəsində)  maqnit 

implant  yerləşdirilir  (kiçik  plastinka  formasında),  hazırlanacaq  protez  bazisinə,  (həmin  maqnit 

nahiyəsində) güclü maqnit  yerləşdirilir (əks yüklü). Bu forma fiksasiyada  protez ağız boşluğuna (əks 

qütblərin bir-birini özünə çəkməsi sayəsində) güclü fiksasiya olunur (çatışmayan cəhəti). 

Maqnitli fiksasiya sahəsində geniş yer tutmuş metod növbəti metoddur. 

Plomblanmış  diş  kökünə  xüsusi  metaldan  hazırlanmış  maqnit örtüklü  ştift  yerləşdirilir. Protez 

bazisinə  isə  həmin  materiallardan  hazırlanmış  maqnit  örtüklü  plastmas  yerləşdirilir.  Əks  maqnit 

qütblərinin  bir-birini  çəkməsi  nəticəsində  güclü  fiksasiya  alınır.  Yalnız  bu  metod  hissəvi  çıxan 

protezlərdə  tətbiq  olunur  və  o  zaman  hazırlanır  ki,  ağız  boşluğunda  yaxşı  müalicə  olunmuş  köklər 

olsun, kök dibində heç bir patoloji proses olmasın. Bu növ maqnit fiksatoru laboratoriyada hazırlanır. 

Adi qaydada  xüsusi materiallardan individual ştiftlər hazırlanır. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin