Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
23
Polimerləşmə üçün əvvəlcə mum əridilir, gips hələ isti halda, monomeri udmaması üçün nazik
qat izoləedici maye olan “İzokol” çəkilir. Küvet soyuduqdan sonra fırça ilə yenidən izoləedici qat
çəkilir və plastmas hazırlanır. Monomerin zərərli təsirindən uzaqlaşmaq üçün iş xüsusi şkafda aparılır.
Çıxan protez bazisi “Etakril, “Ftoraks” və ya “Akril” plastmasdan hazırlanır. Plastmasın tozu bir
süni dişə 1 qr və ya 1 protezə 8-12 qr şərtilə götürülür, monomer toz tam doyana qədər əlavə edilir.
Dəqiq doza üçün avtomatik rejimdə işləyən mikserlər var. Plastmas bir neçə protez üçün eyni zamanda
çini və ya şüşə bankada qarışdırılır, monomerin artıqları qarışığın səthi parlaq qalmaq üçün çıxarılır və
qapaqla kip örtülür.
Sonrakı iş protezin keyfiyyəti üçün çox əhəmiyyətlidir. Polimer (toz) dənəciklərin eyni
bərabərdə şişməsi və eynicinsli qarışıq əmələ gəlməsi üçün plastması periodik olaraq tez-tez
qarışdırmaq lazımdır və yenidən kip örtülür. Monomer yüngül olduğu üçün yuxarı qalxaraq, polimerin
üst qatlarını doydurur, nəticədə polimerin bu hissəsi parlaq rəngli və zəif olur, aşağı qatlar monomer az
olduğundan polimer dənələri birləşmir və plastmas kövrək bulanıq rəngli olur, protez mərmərə
bənzəyir. Ona görə də plastmasın gəlməsi prosesinə fikir vermək lazımdır.
Bunun üçün xüsusi vaxt yoxdur, çünki plastmasın növündən, dənəciklərin ölçüsündən,
hazırlanma vaxtından, saxlanma şərtlərindən və hazırda laboratoriyadakı temperaturdan asılı olaraq
plastmas müxtəlif vaxtda gəlir. Plastmasın gəlməsini dartılar zamanı qırılmasından bilmək olur.
Formalaşdırmadan əvvəl süni dişlər və klammerlər monomerlə yağsızlaşdılır, təmiz əllə və
sellofanla bankadan plastmas porsiyası götürülür, forma verilir, əks gipsləmədə küvetin əsasına
doldurulur, düz gipsləmədə konturküvet, kombinəedilmiş gipsləmədə hər iki hissə doldurulur.
Plastmas nəm, lakin su damlası olmadan, sellofanla örtülür, küvetin hər iki yarısı birləşdirilir, diş
texniki presinə yerləşdirilir, preslənir, 10-15 mm məsafə qalır. 3-5 dəq saxlanılır, yoxlama
presləməsindən sonra küvet presdən çıxarılır, açılır, sellofan çıxarılır, monomerin uçmaması üçün çox
cəld plastmasın artıqları götürülür. Plastmas az olan yerlərə əlavə olunur, əvvəlki plastması bu zaman
monomerlə isladılır. Küvet yığılıb preslənir, 10-15 dəq presdə saxlanılır, sonra çıxarılaraq bügelə
bərkidilir və polimerləşməyə başlanır.
Polimerləşmə rejimindən protezin keyfiyyəti asılıdır. Bunun üçün avtomatik polimerizatordan
istifadə etmək daha məqsədəuyğundur. Belə polimerizator qızdırılma, qaynama və küvetin
soyumasından sonra açılır. Hər iki qapaq açılır, gips küvetdən ehtiyatla çıxarılır. Sonra gips bıçağının
köməyilə gips plastmas protezdən ayrılır, gips çətin ayrılarsa bu sahələrə xlorid turşusu çəkilir, 10-15
dəq saxlanır və fırça ilə sabunlu su vasitəsilə yuyulur.
Polimerləşmədən, küvetdən çıxarıldıqdan və gipsdən ayırdıqdan sonra protez işlənir. İşlənmə
plastmasın artıqlarını və nahamarlıqların götürülməsindən ibarətdir. İşlənmə əllə-ştixel, şaber, yeyə,
metal karborund frezlərin köməyilə burğac maşınında və ya şlifmotorda aparılır. Polad şaberlər-
qaşıqvari və ya kənarları iti taxta dəstəkli üçkünc formalı alət olub protez səthindən yonqarın
ötürülməsi üçün istifadə olunur. Ştixel-işlək hissəsi iti yarımdairəvi və üçbucaq polad alət olub dişarası
sahələrin işlənməsi və protezin çətin keçilən sahələrindən yonqarın götürülməsi üçün tətbiq olunur.
İşlənəcək protez əldə dayaq olmaq şərtilə tutulur və təzyiq göstərilmədən işlənir.
Protezin işlənməsi xüsusi ardıcıllıqla aparılır. Karborund daşlarla, frezlərlə və formalı başlıqlarla
burğac maşınının köməyilə əvvəlcə qeyd olunmuş sərhədlərə qədər plastmasın artıqları götürülür. Süni
dişlərin boynu nahiyəsində protez sərhədli silindrik və konusvari frezlərlə işlənir. Şaberlə plastmasın
artıqları və protez səthinin nahamarlıqları götürülür. Ştixellə süni dişlərin arası və boynu işlənir.
İşlənmə hamar dil səthi əldə etməyə imkan yaradır. Protezin daxili səthində küvetdə gipsin çatlaması
və məsamələr əmələ gəlməsindən yaranan çıxıntılar və artıqlar ehtiyatla götürülür. Protez sahəsinə
oturan tərəf adgeziyanın pozulmaması üçün əlavə olaraq işlənmir. Protez sərhəddinin qısaldılması və
kənarlarının nazilməsi protezi yararsız hala gətirə bilər.
Protez najdak kağızı ilə daha qaba dənədən başlayaraq pardaxlanır. Bundan başqa şlifmotor və
burğac maşını ilə də pardaxlamaq mümkündür. Bunun üçün najdak parçası zolaqlarla kəsilir bir tərəfi
şlifmotorun ucluğunun kəsiyinə keçirilir. Beləliklə protezin kənarı və xarici səthi pardaxlanır, protezin
daxili səthi və süni dişlər pardaxlanır. Klammerlərin uclarına dairəvi və hamar forma verilir. Qızıl
klammerlər zərif dənəli məxmər adlanan najdak kağızı ilə pardaxlanır.
|