Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə42/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 25 

 

MÖVZU  15.  



Çıxan  protezlərdə  buraxılan  səhvlər, onların  aradan qaldırılması.   

Çıxan  lövhəli  protezin  sınma  səbəbləri təmiri. 

 

Çıxan  protezin  uzun  müddət  sahibinə  xidmət  etməsi  vacib  şərtlərdən  biridir.  Bunun  üçün 



protezləmə tələb olunan qaydalara  riayət etməklə aparılmalıdır. 

Çıxan protezləmədə bir sıra səhvlərə yol verilir ki, bu da gələcək protezin keyfiyyətini azaldır. 

Əsasən, həkim və diş texniki tərəfindən olmaqla 2 qrup səhvlər var. 

Həkimin  buraxdığı  səhvlər  aşağıdakılardır:  ağız  boşluğunun  protezləməyə  hazırlanma 

qaydalarının pozulması, protezin konstruksiyasının, fiksasiya növünün düzgün seçilməməsi, okklüziya 

xəttinin əyriliyi, ölçünün keyfiyyətsiz olması, ölçü materialının selikli qişanın atrofiya dərəcəsi nəzərə 

alınmadan seçilməsi, alveol çıxıntıların və sərt damağın sümük çıxıntılarının izolyasiya qaydalarına 

əməl edilməməsi və s. 

Protezdən uzun müddət istifadə etməyin mühüm şərtlərindən biri ölçünün keyfiyyətli olmasıdır. 

Ölçünün  dəqiq  olmaması  protezin  öz  yatağına  dəqiq  oturmamasının  və  keyfiyyətsiz  olmasının 

səbəblərindən biridir. 

Ölçünün  və  modelin  hər cür  korreksiyası  protezin  öz  yatağına  uyğun  olmamasına,  funksional 

effektsizliyinə və sınmasına səbəb olur. 

Mərkəzi okklüziyanın təyin olunması düzgün  aparılmaması da protezin sınmasına şərait yaradır. 

Texnikin  buraxdığı  səhvlər  bunlardır:  gipslə  alınmış  ölçünün  hissələri  düzgün  yığılmadıqda, 

tutuşdurulmadıqda  və  yapışdırılmadıqda  işçi  modelin  dəqiq  alınmaması,  elastiki  ölçü  materialından 

modelin vaxtında tökülməməsi, klammerin protez bazisində düzgün yerləşdirilməməsi və s. 

Həm diş texniki, həm də həkim tərəfindən klammerlərin dəfələrlə əyilməsi onun sınmasına səbəb 

olur. Protez bazisinin qalınlığının bərabər olmaması da səhv hesab olunur. Bazisin qalınlığını bərabər 

modelləşdirmək, lakin təbii dişlər nahiyəsində onun tez-tez sınmasını nəzərə alaraq, burada bazisi bir 

qədər  qalın  etmək  lazımdır.  Bazisin  qalınlığı  elə  olmalıdır  ki,  protez  kövrək  olmasın,  elastikliyini 

saxlasın, xəstəyə az əziyyət versin, yəni üst çənə də 1,5-2 mm, alt çənə də 2-2,5 mm olmalıdır. 

Monomerlə  polimer  arasındakı  nisbətin,  eləcə  də  plastik  kütlə  xəmirinin  yerləşməsi  və 

polimerizasiya  rejimi  zamanı  onun  qarışdırılması  zamanı  qaydaların  pozulması  da  gələcək  protezin 

keyfiyyətini azaldır. Mum protez küvetdə sıxıldıqdan sonra dərhal qaynar suya salınarsa  və ya 40-50 

dəq saxlandıqdan sonra tez soyutmaq üçün soyuq suya salınarsa, belə protezdə xırda məsamələr əmələ 

gəlir  ki,  bu  da  protezin  tez  sınmasına  səbəb  olur.  Küveti  soyuq  suya  salıb  temperaturu  tədricən 

qaynama  dərəcəsinə çatdırmaq lazımdır. 

Protezin  struktur  möhkəmliyinin  saxlanmasında  hazır  protezin  işlənməsi  prosesinin  də  böyük 

əhəmiyyəti  var.  Protezin  soyumamış  küvetdən  çıxarıb  işlədikdə  və  cilaladıqda  o,  deformasiyaya 

uğraya bilər. 

Bütün qaydalara riayət etdikdə lövhəli protezlərin  vaxtından  əvvəl sınmasının qarşısı alınır və 

protezin işlədilməsi müddəti artır. 

Çıxan protezin sınmasının bir sıra səbəbləri var. Bunlar 5 qrupa bölünür: 

1. Bazis materiallarının fiziki-kimyəvi və mexaniki xassələrinin çatışmamazlığı 

2.  Protez  hazırlanmasının  müxtəlif  mərhələlərində  diş  texniki  tərəfindən  buraxılan  səhvlər.  Bu 

səhvlərə ölçü hissələrinin düzgün yapışdırılmaması və qeyri-dəqiq işçi modelin alınması; alveol çıxıntı 

və  sərt  damağın  sümük  çıxıntılarının  düzgün  izolyasiya  edilməməsi  nəticəsində  balansın  əmələ 

gəlməsi,  klammerlərin  protez  bazisində  düzgün  yerləşdirilməməsi,  bazis  qalınlığının  eyni  bərabərdə 

olmaması, mumun düzgün əridilməməsi, monomer və polimer münasibətlərinin pozulması, plastmasın 

polimerləşdirmə rejiminin və işlənmənin düzgün aparılması aiddir. 

3.  Həkim  tərəfindən  müxtəlif  mərhələlərdə  buraxılan  səhvlər  -  ölçünün  düzgün  alınmaması, 

sümük  çıxıntılarının  qeyri-dəqiq  izolyasiyası,  süni  dişlərin  qapanmasındakı  səhvlərin  aradan 

qaldırılması. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin