Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
26
4. Xəstənin protezlə pis rəftarı: qulluğun, qorunmanın pisliyi, sərt qidanın həddən ziyadə qəbulu
və s. Çatların və sınmaların əmələ gəlməsi bazisdə üzvi maddələrin təsirindən qalıq təzyiq yaranır.
Buna görə də 80% sınmış protezlər alkoqol qəbul insanlarda olur.
5. Alveol çıxıntıların və çənələrin yaşla əlaqədar atrofiyası protezin protez yatağında düzgün
oturmasına və nəticədə protezin balansına, pis fiksasiyasına və sınmasına səbəb olur.
Çıxan protezin sınması bazis çatı və sınması dişin qopması, klammerin sınması şəklində ola
bilər. Çox zaman çıxarılmış dişin yerinə süni diş qoymaq və ya klammerin yerini dəyişmək lazım gəlir.
Sınma adətən tək süni diş və ya klammer, protezin işlənməsi zamanı yaranmış cızıq yerində olur. Tam
çıxan protezlər mərkəzi kəsicilər, onların arxası və dişlərin bazis materialı ilə zəif əlaqəsi yerlərində
sınır.
Protezin təmiri yalnız o halda aparılır ki, sınıq xətti dəqiq birləşsin. Protezin sınıqları əvvəlcə ilıq
suda yuyulur, qurudulur və sol əldə dəqiq birləşdirilir. Qızdırılmış şpatellə xarici səthindən mum və ya
surquclə yapışdırılır. Gips qarışdırılır və protez daxili səthi ilə duru gipsə oturdulur, fiksəedici model
alınır. Gips quruduqdan sonra sınıqlar modeldən çıxarılır, hər iki tərəfdən sınıq xətti nahiyəsində 3
mm-ə qədər yonulur, yaxşı birləşməsi üçün 8-10 mm-ə qədər trapesiya formalı kəsiklər aparılır,
kənarları hamarlanır, şaber və frezlə sınıq sərhədində cilalanmış səth götürülür və sınıqlar fiksəedici
modeldə bərkidilir. Sonra yaranmış yarıq əridilmiş mumla doldurulur və protez səviyyəsində
hamarlanır. Düz üsulla model protezlə birlikdə küvetin əsasına gipslənir, mumla örtülmüş hissəyə gips
tökülmür, yuxarı hissə qoyulur, yenidən gips tökülür, mum adi üsulla plastmasla əvəz edilir.
Polimerləşmə prosesində monolit kimyəvi birləşmə gedir. Protez küvetdən çıxarılır, işlənir,
pardaxlanır və cılalanır.
Təmir özübərkiyən plastmasla da aparıla bilər. Bunun üçün sınıq xəttində bir neçə damcı
dixloretan yapışqanı (plastmasın komplektinə daxildir) tökülür, protez sınıqları bir-birinə sıxılır və 3-4
dəq düzgün vəziyyətdə saxlanır, yapışdırılmış protezdən model və kontmodel alınır, protez hissələri
model üzərindən götürülür, plastmas 2-4 mm yonulur və kənarları hamarlanır. İzoləedici lakla model
isladılır və kontrmodeldə model arasına protezin hissələri qoyulur. Özübərkiyən plastmas qarışdırılır,
maye tam doyanadək toz əlavə edilir, qab şüşə ilə qapanır, daim qarışdırılaraq hazırlanır. Model
üzərinə kontrmodel qoyulur, sıxılır, polimerizatorda 2,5-3,0 atm təzyiqində 10-15 dəq otaq
temperaturunda suya salınaraq bişirilir. Protez küvetdən çıxarılır, işlənir, pardaxlanır və cilalanır.
Protezdə diş, klammer və ya pelot əlavə olunmalıdırsa, protezi ağız boşluğuna daxil edib, ölçü
alınır, antoqonistlərdə də ölçü alınır və model tökülür. Formasına, ölçüsünə və rənginə uyğun süni
dişlər seçilir, diş cərgəsindəki qüsuruna uyğun model üzərinə qoyulur və bazisə plastmasın köməyilə
bərkidilir. Polimerləşdirmə açıq havada aparılır, bu zaman plastmasda yaranan məsamələr estetika və
gigiyenanı pozur. Buna görə də polimerləşdirmə otaq temperaturundakı suda qızdırılmadan, lakin
təzyiq altında aparılır. Polimerləşmədən sonra protez işlənir, pardaxlanır və cilalanır.
Təmir eləcə də qüsur nahiyəsində mumla modelləşdirərək çatmayan dişi, klammeri və ya pelotu
qoyub, adi metodika ilə plastmasla əvəz etməklə də aparıla bilər.
Dostları ilə paylaş: |