Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
28
MÖVZU 16.
Çıxan protezlər haqqında ümumi məlumat.
Tam çıxan protez hazırlanmasının klinik və laborator mərhələləri.
Çıxan protezin hazırlanmasında bir sıra klinik və laborator mərhələlər var:
Klinik mərhələlər:
1. Ölçünün alınması
2. Çənələrin mərkəzi münasibətinin təyini və model üzərində protez sərhəddinin qeyd olunması
3. Protez konstruksiyasının ağız boşluğunda yoxlanması
4.Protezin korreksiyası
Laborator mərhələlər:
1. Gips modelin tökülməsi və mərkəzi münasibətin təyini üçün yastıqlı mum bazisin
hazırlanması
2. Gips modellərin okklüdatora bərkidilməsi, torus və ekzostozların izolyasiyası, klammer və
digər tutucu elementlərin hazırlanması, süni dişlərin mum bazisdə düzülməsi.
3. Bazisin son modelləşdirilməsi, protezin küvetdə gipslənməsi, mumun plastmasla əvəz
olunması, polimerləşdirmə, pardaxlanma.
4. Protezin son cilalanması
Protezin sərhədləri həkim tərəfindən gips model üzərində qeyd olunur.
|