Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə72/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 53 

 

MÖVZU  5. 



Protezin  polimerizasiyası. 

Hazır  protezin  işlənməsi,  pardaxlanması  və cilalanması. 

 

Polimerləşmə  üçün  əvvəlcə  mum  əridilir,  tam  yuyulur.  Gips  hələ  isti  ikən  nazik  qat 



“İzokol”çəkilir. Sonra ikinci qat çəkilir. Bir süni dişə 1 qr (1 protezə 8-12qr) plastmas tozu (polimer) 

götürülür və doyana qədər monomer  əlavə edilir. Çini və ya şüşə bankada qarışdırılır. Süni dişlər və 

klammerlər monomerlə yağsızlaşdırılır. Plastmas porsiyası götürülür, forma verilir və küvetin əsasına 

doldurulur.  Küvet  bağlanır,  preslənir,  (10-15  dəq) sonra  bügelə  bərkidilir  və  polimerləşmə  aparılır. 

Polimerizasiya bitdikdən sonra (45 dəq) küvet açılır və plastmas protez qipsdən ayrılır. Protez abraziv 

materiallarla işlənir - artıqlar və nahamarlıqlar götürülür. Bunun üçün ştixel, şaber, karborund frezlər, 

almaz daşlar istifadə olunur (burğac maşınında və ya şlifmotorda). Ştixel dişarası sahələrin işlənməsi 

üçün tətbiq olunur. Süni dişlərin boynu silindrik və konusvari frezlərlə işlənir. Şaber protez səthinin 

nahamarlıqlarını götürür. Protez sahəsinə oturan tərəf işlənmir. 

Pardaxlanma  sumbata  kagızı  ilə  aparılır  və  daha  sonra  şlifmotor  və  burğac  maşını  ilə  davam 

etdirilir. Beləliklə, protezin kənarı və xarici səthi pardaxlanır, daxili səth və süni  dişlər pardaxlanmır. 

Klammerlərin uclarına hamar forma verilir. 

Protezin  cilalanması  ona  təmizlik,  möhkəmlik  verməyi  təmin  edir,  qulluğu  asanlaşdırır. 

Cilalanma  güzgü  parıltısı olana  qədər  aparılır. Protezin  qızmasının  qarşısını  almaq  üçün,  onu  daim 

soyuq suya salmaq lazımdır. 

Son güzgü parıltısı yumşaq fırça və tabaşirlə verilir. Metal klammerlərə parıltı QOİ pastası və 

fırça ilə verilir. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin