Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Süni  dişlərin  seçilməsi və Herber  üsulu  ilə düzülməsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə80/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

Süni  dişlərin  seçilməsi və Herber  üsulu  ilə düzülməsi. 

 

Dişlər müəyyən kriteriyalara  əsasən seçilir: xəstənin sifət quruluşuna, (oval, üçbucaq,  kvadrat) 



yaşına  (yaşlı  xəstələrdə  kəskin  olmayan  tinlər),  cinsinə  (qadınlarda  daha  incə,  bəyaz),  dərisinin, 

saçının, gözünün rənginə (bəyaz  və ya tünd),  alveol çıxıntının formasına, ölçüsünə, eləcə də qonşu 

dişlərin ölçü və formasına nəzər yetirilir. Əgər ağız boşluğunda heç bir diş yoxdursa, onda süni dişlərin 

seçilməsi  və  düzülməsi  mərkəzi  okklüziyanın  təyini  zamanı  modellərdə  həkimin  işarə  etdiyi  səmt 

xətlərinin  köməkliyi ilə  həyata  keçirilir.  Plastmas  dişlərin  müxtəlif rəngləri  və  çalarları  olur.  Nəzərə 

almaq  lazımdır  ki,  plastmas  dişlərin  müsbət  keyfiyyətlərindən  başqa  çatışmayan  cəhətləri  də  var: 

lazımi qədər keyfiyyətə malik deyil, sürtülməyə az davamlıdır. Çini dişli çıxan protezlər funksional 

baxımdan  daha  uzun  ömürlü  və  effektivdir.  Bu  dişlərin  səthi  praktiki olaraq  sürtülmür.  Çini  dişləri 

yonarkən çox təzyiq etmək olmaz (çatlar və sınıqlar əmələ gəlməsinə görə). 

Süni dişlərə olan tələbatlar: yüksək estetik xüsusiyyətə malik olmalıdırlar, kimyəvi cəhətdən qida 

ilə  əlaqədə  olmamalıdılar,  orqanizmə  ziyanı  olmamalıdır,  qidalanma  zamanı  möhkəm  olmalıdırlar, 

təzyiqə  dözümlü  olmalıdırlar.  Həm  plastmas,  həm  də  çini  dişlərin  tətbiqinə  göstəriş  olmalıdır.  Tam 

çıxan protezlərdə çeynəmə dişlərin qabarlarının tez sürtülməsindən çeynəmə dişləri çinidən olsa daha 

yaxşıdır. Bundan  əlavə çini və plastmas qarışığından da istifadə oluna bilər.məs: “SAZUR”dişləri. 

Dişlərin  Herber  üsulu  ilə  düzülməsi  artikulyatorda  aparılır.  Müəllif  hesab  edir  ki,  aşağı  diş 

sırasının  perimetri  yuxarıdan  geniş  olduğundan,  çeynəmə  yükünü  dil  tərəfə  sürüşdürmək  lazımdır. 

Dişləri,  qabararası  kontaktda  yerləşdirmək  mütləq  deyil.  Əvvəl  aşağı  frontal  dişlər,  onlara  uyğun 

yuxarı  frontal  dişlər  düzülür.  Daha  sonra,  aşağı  çeynəmə  dişləri  düzülür.  Aşağı  birinci  premolyarın 

yanaq  qabarı  yuxarı  birinci  premolyarın  fissurunda  yerləşir.  İkinci  premolyar  və  birinci  molyar  elə 

qoyulur ki, oların dil və yanaq qabarları eyni müstəvidə yerləşsin. İkinci molyarlar, adətən düzülmür. 

Aşağı  yan  dişlərinin  düzülüşündən  sonra,  yuxarı  çeynəmə  dişlərinin  düzülüşünə  başlanılır.  Yuxarı 

birinci molyarın damaq qabarı aşağı birinci molyarın fissuruna yerləşir, yanaq qabarlar isə kontaktda 

olmur.  Onlar  arasında  boşluq  yaranır,  bu  da  yaşlı  xəstələrin  əzələ  tonusunun  azalmasından  yanaq 

dişləmələrinin qarşısını alır. Beləliklə, bu metodika Şpeye əyriliyini nəzərə almır. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin