Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
57
MÖVZU 8.
Dişsiz çənələrdən ölçünün alınması. Fərdi qaşıqlar.
Onların hazırlanma yolları.
Dişsiz çənələrdən ölçünün alınması standart və fərdi qaşıqlarla mümkündür. Standart qaşıqla
alınan ölçü anatomik ölçüdür. Bu cür ölçülər protez yatağı toxumalarının statik vəziyyətini əks etdirir.
Ölçü bütün ölçü kütlələri ilə alına bilər. Ölçüdən model tökülür, sonra sərt fərdi qaşıq hazırlanır.
Yuxarı çənədə fərdi qaşıq vestibulyar tərəfdən neytral zonada yerləşir. Sonra xəstəyə müxtəlif
funksional hərəkətlər etmək təklif olunur. Bu zaman qaşıq yerini dəyişməməlidir, əks halda bəzi
zonalarda qısaldılır.
Fərdi qaşıq müxtəlif materiallarla və üsullarla hazırlanır. Əvvəlcə anatomik ölçü alınır, gips
model tökülür. Fərdi qaşığın sərhədləri qeyd olunur. Mum lövhə qızdırılır, modelə sıxılır, artıqları
kəsilir. Qaşığın üzərində onun səthinə perpendikulyar olaraq qulp düzəldilir. Fərdi qaşığın mum
forması modellə birlikdə əks üsulla küvetə gipslənib plastmasla əvəz olunur.
Fərdi qaşıq birmomentli plastmas lövhəciklərdən (AKR-P) hazırlana bilər. Bu zaman plastik
lövhəcik qaynar suda yumşaldılır və modelə sıxılır. Artıq plastmas kəsilir.
Fərdi qaşıq özübərkiyən plastmasla da (protakril, redont) hazırlana bilər. Plastmas xəmir qatılır,
lazımi formada və qalınlıqda və modelə sıxılır. Plastmas polimerləşdikdən sonra (10-15 dəq) qaşıq
modeldən çıxarılır, sərhədlərinə riayət olunmaqla karborund başlıq və frezlərlə işlənir. Qaşıq
hazırlandıqdan sonra ağız boşluğuna yerləşdirilir.
Dostları ilə paylaş: |