Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə78/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

 

 

Ölçüdən  modellərin  alınması.  Şablon yastığının  hazırlanması. 

Okklüziyanın  təyini. 

 

Ölçüdə  protez  yatağının  əksi  dəqiq  olarsa,  onun  üzərindən  model  alınır.  Ölçünün  üzərinə 



qarışdırılmış  gips  porsiyalarla  tökülür  və  astaca  silkələnir  (məsamələrin  olmaması  üçün)  Gips  tam 

quruduqdan  sonra qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır. 

Sərhədlər cızıldıqdan sonra, dişləm şablonu hazırlanır. Mum lövhəsini bir tərəfdən qızdırıb, əks 

tərəfini  sərhəddini  çəkdiyimiz  modelin  üstünə  qoyub,  baş  barmaq  vasitəsi  ilə  ehtiyatla  modelə 

yapışdırırıq. Mumu elə sıxmaq lazımdır ki, standart eninə toxunmamaq şərtilə. Şpateli qızdırıb mumun 

artıqlarını  sərhəd  boyu  kəsirik.  Bu  dişləm  şablonudur.  Məftili  qızdırıb,  dişləm  şablonunun  üzərinə 

yapışdırırıq. Mumun qalan hissəsini hər iki tərəfdən qızdırıb, uzunsov halda yuvarlayırıq, sonra dişləm 

şablonunun üzərinə qoyuruq (diş qövsinə tam paralel olmaqla). 

Dişləm şablonu və okklüzion yastığına olan tələblər: 

Hündürlüyü (frontal dişlər tərəfdən)-1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalıdır. 

Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm. 

 

Şablon  yastıq  hazır  olandan  sonra  onu  həkimə  veririk.  Xəstənin  ağzında  həkim  dişləmi  təyin 



edir, alt və üst çənənin modellərini bir- birinə yapışdırıb, texnikə qaytarır. 

Mərkəzi  okklüziyanın  təyini  üçün  həkim  yastığa  qızdırılmış  mum lövhəciyi  yapışdırır  və  mum 

bazisi  xəstənin  ağız  boşluğuna  daxil  edir.  Çənələrin  qapanması  zamanı  yumşaldılmış  mum  yastıqda 

antaqonist dişlərin izi qalır. Həkim kosmetik mərkəzi, gülüş xəttini, köpək xəttini qeyd edir. Mərkəzi 

okklüziyanın təyinindən sonra, mum bazis model üzərinə qoyulur və antaqonist dişlərə uyğun olaraq 

modellər mərkəzi okklüziya vəziyyətində qurulur və okklüdatora gipslənir. 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin