Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
62
Dişləm şablonu və okklüzion yastığına olan tələblər:
Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalıdır.
Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm.
Şablon yastıq hazır olandan sonra həkimə veririlir. Xəstənin ağzında həkim dişləmi təyin edir, alt
və üst çənənin modellərini bir-birinə yapışdırıb, texnikə qaytarır.
Antaqonist ölçünün və modelin alınması. Mərkəzi okklüziyada çənələrin
qapanışı. Nisbi sakitlik vəziyyəti haqqında məlumat.
Tam dişsiz çənələri protezləyən zaman “çənələrin mərkəzi münasibəti” termini düzgündür,
“mərkəzi okklüziya” isə dişli çənələrə aiddir. Dişsiz çənələrin mərkəzi münasibətinin dəqiq müəyyən
edilməsi sifətin aşağı üçdə bir hissəsinin hündürlüyünün, diş sıralarının formasının təyinində, süni
dişlərin arasindaki təmasin təmin olunmasinda mühüm əhəmiyyəti var. Mərkəzi okklüziyanı
xarakterizə edərkən oynaq başının oynaq çuxurunda olan vəziyyəti, çeynəmə əzələlərinin vəziyyəti və
diş sıralarının qapanarkən münasibəti əsas götürülür. Mərkəzi okklüziya dedikdə, diş sıraları
qapanarkən maksimum kontakt nöqtələrinin yaranması başa düşülür. Bu zaman hər iki çənədə mərkəzi
kəsicilər arasından keçən xətt üzün orta xətti ilə üst-üstə düşür, oynaq başları oynaq çuxurlarının
əsasında yerləşir, gicgah əzələləri eyni dərəcədə yığılmış olur, yuxarı ön dişlər aşağı ön dişlərin 1/3
örtür, hər dişin iki antaqonisti olur (aşağı mərkəzi kəsici və yuxarı üçüncü molyardan başqa). Mərkəzi
okklüziyanın təyini üçün həkim yastığa qızdırılmış mum lövhəciyi yapışdırır və mum bazisini xəstənin
ağız boşluğuna daxil edir (xəstə udqunma aktı etməlidir). Çənələrin qapanması zamanı mum yastıqda
antaqonist dişlərin izi qalır. Beləliklə, həkim səmt xəttlərini (orta kosmetik xətt, gülüş xətti, köpək
xətti) qeyd edir.
Aşağı çənənin fizioloji sakitlik vəziyyəti əzələlərin tonusu, toxumaların elastikliyi və gərginliyi
hesabına saxlanılır. Aşağı çənənin nisbi sakitlik vəziyyəti insanın həyatı boyu və ortopedik mualicə
nəticəsində dəyişə bilər. Mərkəzi okklüziyaya nisbətən, çənənin bu vəziyyəti daha stabildir. Nisbi
sakitlik vəziyyəti patolojı faktorlara da məruz qalır. Ona görə də, axırıncı cüt antaqonist dişlər
çəkilənədək, sifətin aşağı hissəsinin hündürlüyü ölçülməlidir. Əzələ tonusunun dəyişilməməsi üçün
bilavasitə protezləmədən istifadə etmək məqsədə uyğundur.
Dostları ilə paylaş: |