Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 62 

 

Dişləm şablonu və okklüzion yastığına olan tələblər: 



Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalıdır. 

Eni (frontal dişlər tərəfdən) - 0,8 sm, arxa tərəfdən isə 1-1,2 sm. 

Şablon yastıq hazır olandan sonra həkimə veririlir. Xəstənin ağzında həkim dişləmi təyin edir, alt 

və üst çənənin modellərini bir-birinə yapışdırıb, texnikə qaytarır. 

 

Antaqonist  ölçünün  və modelin  alınması.  Mərkəzi okklüziyada  çənələrin 

qapanışı.  Nisbi sakitlik vəziyyəti  haqqında  məlumat. 

 

Tam  dişsiz  çənələri  protezləyən  zaman  “çənələrin  mərkəzi  münasibəti”  termini  düzgündür, 

“mərkəzi okklüziya” isə dişli çənələrə aiddir. Dişsiz çənələrin mərkəzi münasibətinin dəqiq müəyyən 

edilməsi  sifətin  aşağı  üçdə  bir  hissəsinin  hündürlüyünün,  diş  sıralarının  formasının  təyinində,  süni 

dişlərin  arasindaki  təmasin  təmin  olunmasinda  mühüm  əhəmiyyəti  var.  Mərkəzi  okklüziyanı 

xarakterizə edərkən oynaq başının oynaq çuxurunda olan  vəziyyəti, çeynəmə əzələlərinin vəziyyəti və 

diş  sıralarının  qapanarkən  münasibəti  əsas  götürülür.  Mərkəzi  okklüziya  dedikdə,  diş  sıraları 

qapanarkən maksimum kontakt nöqtələrinin yaranması başa düşülür. Bu zaman hər iki çənədə mərkəzi 

kəsicilər  arasından  keçən  xətt  üzün  orta  xətti  ilə  üst-üstə  düşür,  oynaq  başları  oynaq  çuxurlarının 

əsasında yerləşir, gicgah  əzələləri eyni dərəcədə yığılmış olur, yuxarı ön dişlər aşağı ön dişlərin 1/3 

örtür, hər dişin iki antaqonisti olur (aşağı mərkəzi kəsici və yuxarı üçüncü molyardan başqa). Mərkəzi 

okklüziyanın təyini üçün həkim yastığa qızdırılmış mum lövhəciyi yapışdırır və mum bazisini xəstənin 

ağız boşluğuna daxil edir (xəstə udqunma aktı etməlidir). Çənələrin qapanması zamanı mum yastıqda 

antaqonist  dişlərin  izi  qalır.  Beləliklə,  həkim səmt  xəttlərini  (orta  kosmetik  xətt,  gülüş  xətti,  köpək 

xətti) qeyd edir. 

Aşağı çənənin fizioloji sakitlik vəziyyəti əzələlərin tonusu, toxumaların elastikliyi və gərginliyi 

hesabına saxlanılır. Aşağı çənənin nisbi sakitlik vəziyyəti insanın həyatı boyu  və ortopedik mualicə 

nəticəsində  dəyişə  bilər.  Mərkəzi  okklüziyaya  nisbətən,  çənənin  bu  vəziyyəti  daha  stabildir.  Nisbi 

sakitlik  vəziyyəti  patolojı  faktorlara  da  məruz  qalır.  Ona  görə  də,  axırıncı  cüt  antaqonist  dişlər 

çəkilənədək,  sifətin  aşağı  hissəsinin  hündürlüyü  ölçülməlidir.  Əzələ  tonusunun  dəyişilməməsi  üçün 

bilavasitə protezləmədən istifadə etmək məqsədə uyğundur. 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin