Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
60
MÖVZU 11.
Vasilyev üsulu ilə dişlərin düzülməsi.
Səhvlərin araşdırılması və aradan qaldırılma üsulları.
Dişləri bu qayda ilə həm artikulyatorda, həm də okklüdatorda düzmək olar. Dişlərin düzülməsi
aşağı çənədən başlanır. Əvvəlcə yuxarı okklüziya yastığına xüsusi şüşə lövhə bərkidilir. Aşağı
okklüziya yastığından, şüşə lövhənin qalınlığı qədər 2-3 mm mum kəsilir. Sonra şüşə lövhəni əridilmiş
mumla aşağı okklüziya yastığına bərkidir, yuxarı yastıqdan ayırır və dişlərin düzülməsinə başlanır.
Mərkəzi kəsicilər orta xəttə əsasən düzülür. Bunlarin və köpək dişlərin kəsici kənarları şüşənin səthinə
toxunmalıdır. Yan kəsicilərin kəsici kənarları şüşəya 0,5 mm çatmır. Birinci premolyar şüşəyə təkcə
yanaq qabarı ilə toxunur, damaq qabari 1 mm çatmır. İkinci premolyar hər iki qabarı ilə şüşəyə
toxunur. Birinci molyar təkcə ön damaq qabarı ilə şüşəyə toxunur, ön yanaq-0,5 mm, arxa yanaq-1,5
mm və arxa damaq qabarı 1 mm şüşəyə çatmır. İkinci molyar şüşəyə toxunmur, arxa qabarları 2-2,5
mm şüşədən aralı qalır.
Qabarların bu cür yerləşməsinə görə sagital və transversal okklüziya əyrilikləri yaranır. Yuxarı
çənənin dişləri düzüldükdən sonra, uyğun olaraq, aşağı çənənin dişləri: əvvəlcə ikinci premolyarlar,
sonra molyarlar və birinci premolyar və axırda frontal dişlər düzülür.
|