Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
59
MÖVZU 10.
Gizi üsulu ilə süni dişlərin düzülməsi. Buraxılan səhvlər və onların təhlili.
Bu üsulla dişlərin düzülüşünə göstərişlər: diş sıralarının ortoqnatik münasibəti, alveol çıxıntıların
az və zəif atrofiyası. Gizi üsulu ilə dişlərin düzülüşü 3 variantda olur. Birinci variantda, dişlər Kamper
xəttinə paralel, yuxarı dodaqdan 2 mm aşağı protez müstəvisi səviyyəsində düzülür. Daha geniş
yayılmış variantda isə, çeynəmə dişləri bərabərlik müstəvisinə üyğun düzülür, bu da protezin
stabilizasiyasını artırır. Yan dişlər aşağıdakı qaydada düzülür: birinci premolyar protez müstəvisinə
yanaq qabarı ilə toxunur, ikinci premolyar-hər iki qabarı ilə, birinci molyar-mezial-yanaq qabarı ilə
toxunur, yerdə qalan və ikinci molyarın bütün qabarları bərabərlik müstəvisinə yerləşdirilir. Aşağı
dişlər yuxarı dişlərlə sıx kontaktda düzülür. Gizi köpək dişlərini antaqonistlə kontaktsız düzməyi
məsləhət görür.
|