Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
65
MÖVZU 13.
Alt çənədən 1236 123 ölçünün alınması, modelin tökülməsi.
Protez yatağı sərhədlərinin çəkilməsi.
Aşağı çənədən ölçü almaq üçün standart və ya fərdi ölçü qaşıqlarından istifadə olunur. Elastik
kütlələr üçün xüsusi dəlikli qaşıqlar olur. Ölçü materialı su ilə qarışdırılır, seçilmiş qaşıq vasitəsi ilə
ağız boşluğuna yerlışdirilir və bərkidikdən sonra çıxarılır. Alınmış ölçüdən model tökülür, işçi (əsas)
və köməkçi (antaqonist). Əsas model - üzərində bilavasitə iş görüləcək modeldir. Köməkçi model - əks
çənənin diş cərgəsindən alınan modeldir. Ölçüdə protez yatağının əksi dəqiq olarsa, onun üzərindən
model alınır. Ağız suyunu yumaq üçün, ölçü su ilə yuyulur, işlənir və üzərinə qarışdırılmış gips
porsiyalarla tökülür və astaca silkələnilir (məsamələrin olmaması üçün). Gips tam quruduqdan sonra
qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır.
Alt çənədə sərhədlərin cızılması: qabaq tərəfdə alt dodaq dartıları istisna olmaqla alt dodağın
damağa keçən sərhəddi boyu, içəridən isə dil dartısı istisna olmaqla çəkilir. Hərəkətli selikli qişa
protezdən kənarda qalmalıdır.
Dostları ilə paylaş: |