Qarışıq gipsləmə ön dişlərdə qüsurlar olduqda tətbiq olunur. Küvetin əsasında model, ön süni
dişlər, klammerlər qalır, kontur küvetə isə çeynəmə dişlər keçir.
Plastmas protez hazırlanmasında, əsasən, əks gipsləmədən istifasdə olunur. Model səviyyəsinə
qədər gips dişlərin vestibulyar tərəfindən kəsik aparılır. Klammer qoyulacaq dişlər də kəsilir, model bir
neçə dəqiqəliyinə suya salınır. Gips küvetin yuxarı hissəsinə doldurulur və süni dişətinə qədər modelin
əsası gipsə oturdulur. Gipslənmiş modellə birdə kontru küvet bir neçə dəqiqəliyinə soyuq suya salınır.
Sonra küvetin əsası qoyulur, az-az gipslə doldurulur, qapaq kip bağlanaraq, gipsin artıqları çıxarılır.
Gips bərkidikdən sonra küvet suya salınır, mum əridilib çıxarılır. Küvet açılıb qaynar su ilə yuyulur.
Dostları ilə paylaş: |