Polimerləşdirmə: Gips hələ isti ikən nazik qat “İzokol”çəkilir. Sonra ikinci qat çəkilir. Bir süni
dişə 1 qr (1 protezə 8-12 qr) plastmas tozu (polimer) götürülür və doyana qədər monomer əlavə edilir.
Çini və ya şüşə bankada qarışdırılır. Süni dişlər və klammerlər monomerlə yağsızlaşdırılır. Plastmas
porsiyası götürülür, forma verilir və küvetin əsasına doldurulur. Küvet bağlanır, preslənir (10-15 dəq),
sonra bügelə bərkidilir və polimerləşmə gedir. Polimerizasiya bitdikdən sonra (45 dəq) küvet açılır və
plastmas protez qipsdən ayrılır.
Dostları ilə paylaş: |