Antaqonist ölçünün və modelin alınması. Şablon yastığın hazırlanması.
Yuxarı çənədən ölçü almaq üçün standart və ya fərdi ölçü qaşıqlarından istifadə olunur. Elastik
kütlələr üçün xüsusi dəlikli qaşıqlar olur. Ölçü materialı su ilə qarışdırılır, seçilmiş qaşıq vasitəsi ilə
ağız boşluğuna yerləşdirilir və bərkidikdən sonra çıxarılır. Alınmış ölçüdən model tökülür, işçi (əsas)
və köməkçi (antaqonist). Əsas model - üzərində bilavasitə iş görüləcək modeldir. Köməkçi model - əks
çənənin diş cərgəsindən alınan modeldir. Ölçüdə protez yatağının əksi dəqiq olarsa, onun üzərindən
model alınır. Ağız suyunu yumaq üçün, ölçü su ilə yuyulur, işlənir və üzərinə qarışdırılmış gips
porsiyalarla tökülür və astaca silkələnilir (məsamələrin olmaması üçün). Gips tam quruduqdan sonra
qaşıq ölçüdən ayrılır. Sonra model ehtiyatla ölçüdən ayrılır.
Sərhədlər cızıldıqdan sonra, dişləm şablonu hazırlanır. Mum lövhəsini bir tərəfdən qızdırıb, əks
tərəfini sərhəddini çəkdiyimiz modelin üstünə qoyub, baş barmaq vasitəsi ilə ehtiyatla modelə
yapışdırırıq. Mumu elə sıxmaq lazımdır ki, standart eninə toxunmamaq şərtilə. Şpateli qızdırıb mumun
artıqlarını sərhəd boyu kəsirik. Bu dişləm şablonudur. Məftili qızdırıb, dişləm şablonunun üzərinə
yapışdırırıq. Mumun qalan hissəsini hər iki tərəfdən qızdırıb, uzunsov halda yuvarlayırıq, sonra dişləm
şablonunun üzərinə qoyuruq (diş qövsinə tam paralel olmaqla).
Dişləm şablonu və okklüzion yastığına olan tələblər:
Hündürlüyü (frontal dişlər tərəfdən) - 1,2-1,5 sm, arxa tərəfdən isə 1 sm olmalıdır.
Eni (frontal dişlər tərəfdən) - 0,8sm, arxa tərəfdən isə 1-1,2 sm.
Şablon yastıq hazır olandan sonra onu həkimə veririk. Xəstənin ağzında həkim dişləmi təyin
edir, alt və üst çənənin modellərini bir-birinə yapışdırıb, texnikə qaytarır.
Dostları ilə paylaş: |